Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bu məsələ ölkə rəhbərliyinin diqqətindədir” - Baş nazirin müavini

Tarix 09.06.17, 17:50

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan gender bərabərliyinə həssas yanaşır. Bu məsələ ölkə rəhbərliyinin diqqətindədir”

AzVision.az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Bakıda keçirilən “Dayanıqlı inkişaf məqsədləri: Qadınlar və inkişaf” mövzusunda konfransda çıxışı zamanı deyib.

Baş nazirin müavini bildirib ki, dünyada qadınlarla kişilər arasında hüquq bərabərliyinin pozulması faktları var: “Yəni, qeyri-bərabərlik mövcuddur. Təhsil səviyyəsinə görə də qeyri-bərabərlik mövcuddur. Təhsil hüququndan məhrum olanların 3/2 qadınlardır. Bu cür mənzərələrin aradan qaldırılması üçün iş aparılır. Dünyanın 140 ölkəsinin konstitusiyasında qadınlarla kişilərin bərabərliyi əksini tapıb, amma real həyatda bunun əksi olur. Gender bərabərliyi olan ölkələr inkişaf etmiş ölkələrdir. Bu siyahıda Skandinaviya ölkələri öndədir. O cəmiyyətlərdə ki insanların potensialından tam istifadə olunur, o ölkələr inkişaf edir. Azərbaycan cəmiyyəti dünyanın ayrılmaz hissəsi kimi bu məsələlərə həsaslıqla yanaşır”.

Ə.Əhmədov qeyd edib ki, cəmiyyətdə qadına xüsusi hörmət olunmalıdır: “Azərbaycanda qadının ictimai, siyasi həyatda rolunun artırılmasına çalışılır. Bu, hər bir müasir cəmiyyətin qarşısında duran əsas vəzifədir. Ölkəmizdə qadınlar bir sıra sahələrdə-təhsil, səhiyyə sahəsində öndədirlər. Bir çox qurumlara qadınlara rəhbərlik edir, Azərbaycan Milli Məclisində 19 qadın deputat var. Azərbaycanda qadın sahibkarlar da var. Eyni zamanda bizi narahat edən məsələləri həll etməliyik”.



Xəbərin oxunma sayı : 118




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap