“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Bu namussuzluğu, qeyrətsizliyi üstümüzdən atmalıyıq...” - Hafiz Hacıyev

Tarix 20.05.20, 23:26

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi sabah Qondarma Dağlıq Qarabağ Respublikasının “prezident” seçilən Araik Arutunyanın andiçmə mərasimi keçiriləcək. 

Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, ermənilərin bu həyasızlıqlarının qarşısını hökmən almalı və torpaqlarımızı işğaldan azad etməliyik:

“Ermənilərin bu cür həyasızlığı bir daha təsdiq edir ki, onlar dünyada heç bir qanuna tabe olmaq istəmirlər. O cümlədən ermənilər düşünməlidirlər ki, onların bu gün yaşadığı İrəvan şəhəri də Azərbaycanın olub. Biz çox yaxın müddətdə o yerlərə qayıdacağıq. Ermənilərin həyasızlığının həddi artıq qırmızı xətti keçib. 

Düşünürəm ki, Azərbaycanın kifayət qədər güclü ordusu, hərbi imkanları var. Paşinyan artıq saymamazlıq edir və düşünürdük ki, o hakimiyyətə gələndən sonra Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşacaq və terrorçularını torpaqlarımızdan çıxaracaq. Amma çox təəssüflər olsun ki, o, həm dünya ictimaiyyətinə, həm də BMT-nin dörd qətnaməsinə hörmətsizlik edərək öz həyasızlığını davam etdirir. Biz buna dözə bilmərik, bu bizə qarşı çox böyük təhqirdir, namusumuza toxunmaq kimi bir şeydir. Ona görə də düşünürəm ki, Ali Baş Komandanın və ordumuzun iradəsiylə torpaqlarımızı işğaldan azad etməliyik. Azərbaycanın torpağında, Şuşada, Xankəndinə açlaqlıq edib saxta bir seçkinin inauqurasiyasını keçirmək bizim üçün təhqirdir. 

Düşünürəm ki, Ali Baş Komandanın göstərişinə uyğun olaraq onun ətrafında birləşib, onun tapşırıqlarına hər birimiz hazır olmalıyıq, Paşinyan arvadıyla yallı getməsinin cavabını verməliyik. Bizim güclü qırıcılarımız var, ölkə başçısı bu istiqamətdə xeyli işlər görüb və biz istənilən anda Dağlıq Qrabağda terror əməliyyatı keçirə bilərik. Həmçinin orda məzlum olan ermənilərin də canını bu terrorçulardan xilas edərək. 

Paşinyanın gəldiyi yerlərin hamısı bombalanmalıdır. Ermənilər də Azərbaycan torpağına qanunsuz ayaq basmağın vaxtının bitdiyini bilməlidir. Bu barədə ciddi düşünməliyik, buna gecədən start verməliyik, xalq olaraq Ali Baş Komandanın yanındayıq, onun atacağı addımlarda hərb birimiz şəhid olmağa hazırıq. Düşünürəm ki, bu namussuzluğu, qeyrətsizliyi üstümüzdən atmalıyıq. Dözmək olar, amma torpaq işğalına, namusa yox. Erməni dığalarının bu həyasızlığına son qoyulmalıdır. Dünya ictimiayyətinin nə düşməsindən asılı olmayaraq biz Azərbaycan xalqının maraqlarına xidmət etməliyik. Ölkə başçısı koronavirus pandemiyasına görə xalq üçün əlində nə gəldisə, hamısını etdi, indi də prezident xalq üçün əlindən gələni etməyə hazırdır, biz ölkə olaraq cənab prezidentin əmrlərinə tabe olub torpaqlarımızı işğaldan azad etməliyik”. 



Xəbərin oxunma sayı : 535




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap