|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
“Bu səhvlər yaşla bağlı deyil” - Rəşad Sadıqov
Tarix 31.08.18, 23:37 |
|
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Şerif" matçından (3:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Rəşad, sənə qarşı son iki-üç həftə davam edən təzyiqlər, azarkeşlər fərqli münasibəti və s. Nə düşünürsən, artıq sakitləşmək vaxtı çatıb?
- Matçdan öncə bir balaca fərqli situasiya idi. Həqiqətən də böyük təzyiq vardı. Ümumiyyətlə, düşünürəm ki, bu gün oyunumuz yaxşı alındı. “Qarabağ”ın bu mövsüm ən yaxşı oyununu keçirdiyini fikirləşirəm. İstər topla, istər topsuz. 60-cı dəqiqəyə qədər üstün oynadıq. Hesab 3:0 olduqdan sonra rəqib risk etməyə başladı. Biz də təbii olaraq, ehtiyatlı oynadıq. Şükürlər olsun ki, sonda istədiyimiz nəticəni əldə edə bildik.
- Standart vəziyyətlərdə tez-tez hücuma atılırdın. Hiss olunurdu ki, qol vurmaq istəyirsən. Vuracağın qolla kimlərəsə cavab vermək idi fikrin?
- Bu gün zərrə qədər önəmli deyildi ki, qol vuracağam, ya yox. Ən vacib olan qrup mərhələsinə düşməyimiz idi.
- Komanda yoldaşın Qara Qarayev dedi ki, oyuna 13-14 min bilet satılmağı bizə pis təsir etdi. Bu amil komanda şəklində hər kəsə təsir etmişdi, ya təkcə Qaraya?
- Oyundan öncə bir qədər müzakirə olmuşdu. Tək Qara yox, 4-5 futbolçu oturub müzakirə edirdik. Dünən o xəbəri oxumuşduq. Amma bu gün hiss etmədik ki, tribunanın hansısa bir yerində boşluq vardı. Azarkeşlərimiz ilk dəqiqədən bizi elə dəstəklədilər ki, üzərimizdəki təzyiqi atıb, oyuna köklənə bildik. Bugünkü qələbəmizdə azarkeşlərimizin rolu böyükdür.
- Artıq bəzi azarkeşlər və jurnalistlər qərar verib ki, Rəşad Sadıqov futbolçu karyerasını bitirsin. Səncə, nə üçün onlar bunu istəyirlər?
- Bilirsiz, elə bir məsələdir ki, bunun ətrafında çox müzakirə etmək olar. Bu gün ancaq pozitiv mövzulardan danışmaq istəyirəm. Mən çox xoşbəxtəm ki, “Qarabağ” 5-ci dəfə Avrokubokların qrup mərhələsində iştirak edəcək. Bu gün mən “Qarabağ”ın kapitanıyam. Bu komandada neçə illərdi ciddi işlər gedir. İş olan yerdə də səhvlər olacaq. İldən-ilə dərəcələr artır, rəqiblər bizə qarşı fərqli oynayırlar. Səhvlər olan yerdə də tənqidlər olacaq. Şəxsən mən hər şeyi normal qarşılayıram. Maksimum çalışırıq ki, tənqidlərdən nəticə çıxaraq. Amma ümumi olaraq, BATE ilə matçdakı səhvlərimi götürsəm, onlar yaşla bağlı səhvlər deyildi. Bu səhvləri 20 yaşda da, 18 yaşda da etmişəm. Mənim özüməməxsus oyun üslubum olub. Xüsusiyyətlərimdən biri də topla oynamaq olub. Bu gün mən oyundan kənara çəkilsəm, demək olar ki, komandada lazımsız bir fiqura çevriləcəm. Bugünkü matçda da topla oynadığım epizodlar oldu. Yenə top itirə bilərdim. Yəni sırf bu səhvlər yaşla bağlı deyil. O ki qaldı yaşlanmağa, təbii ki, 36 yaşım var. Əslində, dərindən analiz etsək, bu il avrokuboklarda keçirdiyim oyunlar bəlkə də əvvəlki illərə nisbətən daha yaxşı alındı. Sadəcə olaraq, bir balaca şansızlıqlar yaşandı. Elə oldu ki, mənim buraxdığım səhvlər qolla nəticələndi və həmin qollar da “Qarabağ”ın taleyinə təsir etdi. Mən bunu anlayışla qarşılayıram. İlk növbədə, mən özüm-özümü qınayırdım ki, ötürməni verərkən bir az daha ehtiyatlı ola bilərdim. Amma olan olmuşdu. Bugünkü qələbə bizim üçün çox vacib idi. Açığı, PSV-dən 6 qol buraxıb, Avroliqaya düşməkdənsə, bugünkü qazandığımız möhtəşəm qələbə ilə qruplara düşmək mənim üçün daha önəmli idi. Çünki bu gün hamımız müsbət ab-hava ilə qrup matçlarına gedirik. Biri var ki, məğlubiyyətlə getmək, biri də var belə qələbə ilə. Özünüz də gördünüz ki, BATE ilə matçından sonra komanda necə məyus olmuşdu.
- Rəşad, Avroliqanın qrup mərhələsində mübarizə aparmağınız artıq azarkeşlər, həm də jurnalistlər üçün adiləşib. Bundan sonrakı hədəf nədir?
- Bizim əsas problemimiz odur ki, ildən-ilə hər şey adiləşir. Yəni dərəcə də qalxır. Rəqiblərin bizə qarşı oyunu da dəyişir. “Şerif” ötən il Avroliqanın qrupunda 9 xal qazanmışdı. Bu gün bizi o xalları analiz etmirik, “Şerif”i mütləq keçməliyik deyirik. BATE son illərdə 4 dəfə ÇL, 4 dəfə Avroliqanın qrup mərhələsində mübarizə aparıb. Biz özümüzdən danışırıq ki, qruplarda təcrübəmiz var və s. Amma rəqibləri belə qiymətləndirmirik. Çalışacağıq, əlimizdən gələni edəcəyik. Amma öncədən nəsə demək çox çətindir.
- Qruplarda “Çelsi” ilə qarşılaşsanız, azarkeşlərin bəziləri artıq qələbə gözləyəcək.
- Mən istəmirəm ki, adiləşmə olsun. Bu gün Azərbaycan klubunun Avroliqanın qrup mərhələsinə düşməsi uğurdur. Hamı istəyir ki, ÇL qrupunda mübarizə aparaq, qrupdan çıxaq.
- Belə bir xəbərlər yayılmışdı ki, BATE ilə oyunlarda Rəşadının kobud səhvləri olmasaydı, bu gün yenidən milli komandaya qayıdacaqdı...
- Mənim milliyə geri dönməyim səhvlərlə bağlı bir şey deyil. Qurban müəllimlə bu barədə aramızda söhbət olmuşdu. Hətta Ruslan Abışov zədələnəndən sonra da bu haqda danışdıq. Ancaq yenə də bizim müdafiəçilərimiz var. Mən yenə də sözümün arxasınadayam. Nə vaxtsa lazım olsam, xeyirim dəyəcəksə, dönə bilərəm.
- Səncə, millinin hazırkı müdafiəçiləri UEFA Millətlər Liqasında komandanın yükünü qaldıra biləcəklərmi?
- Düşünürəm ki, yaxşı olar. Sentyabrın 7-si, 10-u milliyə hamımız azarkeşlik edəcəyik. Yeganə problem odur ki, 3 gündə 2 oyun olacaq. Bizim futbolçuların da, ümumi bütün futbolçuların da 3 gündə 2 vacib matça hazırlaşmaqları asan olmur.
- Matçdan öncə “Şerif”i keçə bilməsəniz, “Qarabağ”da karyeranı bitirə biləcəyini düşünürdün? Ya əksini fikirləşirdin?
- Matçdan öncə çox şey fikirləşmirdim. Çalışırdım ki, az düşünüm. Çünki tam olaraq oyuna köklənmişdim. Mənim işim meydana çıxıb oynamaqdır. “Qarabağ”ın kapitanıyam, belə şeylərə reaksiya verməyim düz olmaz. Bu tip şeylərə nə vaxtım, nə də imkanım var.
- Rəşad, qrup matçlarında yenidən BATE ilə qarşılaşmağı istəyərsən?
- Yox, istəmirəm. BATE bizim üçün bir qədər narahat rəqibdir. Əslində, iki oyunda da onlardan üstün oynamışdıq. Burada ilk 20 dəqiqədə pis başladıq. Amma ümumi götürsək, hər iki matçda biz üstün idik. Biz topla oynamağı çox sevən komandayıq. Bütün komanda şəklində hücuma çıxırıq və çox futbolçumuz öndə olur. Buna görə əks-hücumda bizi yaxalamaq asandır. BATE-nin ən güclü tərəfi əks hücumlarda oynamaqdır. Buna görə bizim üçün narahat rəqibdir. Şəxsən onlarla qarşılaşmaq istəmərəm.
- Bəs “Fənərbaxça” və “Beşiktaş” necə? Onlarında Azərbaycanda böyük azarkeş kütləsi var.
- Qismətimizdə hansı klub varsa, onlar düşəcək. Sırf Qurban müəllimi təbrik etmək istəyirəm. Oyundan öncə rəqib çox danışdı ki, bizi analiz ediblər. Həqiqətən də ilk oyunda bizi yaxşı analiz etmişdilər, əl-qolumuzu bağlamışdılar. Qurban müəllim bizim oyunumuzu yüz faiz dəyişdi. Böyük riskə getdi. Qaranın sağ cinahda olması, mənim solda geniş oynamağım və s. Bunlar hamısı Qurban müəllimin oyundan öncə düşündüyü planlar idi. Hücum kombinasiyalarımızı dəyişdik. Bəli, riskli idi. Amma çox şükürlər olsun ki, uğurlu alındı. Komandanın futbolçusu kimi, bir daha Qurban müəllimi ürəkdən təbrik edirəm.
- Bu il Avroliqanın qrupunda mübarizə aparacaq komandaları ötən ilkinə nisbətən daha güclü adlandırmaq olar?
- Bəli, böyük klubların sayı artıb. Belə baxanda, hər zaman çətindir. “Slovan”la qarşılaşanda, hamımız düşünürdük ki, “Slovan”ı mütləq udmalıyıq. Amma məğlub olduq.
- Rəşad, bu stadion daha əvvəlki illərdə pley-offda qarşılaşdığınız “Göteborq” və “Yanq Boyz” komandaları üzərində qələbələrə şahid olmuşdu. Amma oyundan sonra bugünkü ab-havanı, sevinci görməmişdik. Bu gün komandada hədsiz sevinc var idi. Bu nə ilə bağlıdır?
- Oyundan öncə bizdə böyük istək var idi. Matçdan öncəki iclasda da Qurban müəllim bizə “Göteborq”la “Yanq Boyz”un matçlarını izlətdirdi. Uşaqlara bildirdi ki, həmin matçlarda da ilk oyunda məğlub olmuşduq, yəni şansımız var. Qismət, yenə də 3:0 qələbə qazandıq. “Neftçi” ilə matçda da görünürdü ki, “Şerif”lə məğlubiyyətə barışmamışdıq, təslim olmamışdıq.
Xəbərin oxunma sayı : 781
İdman
Xəbərlər
-
Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO
-
Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?
-
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
-
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA
-
Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - VİDEO
-
“Ukraynadakı müharibə daha bir neçə il davam edə bilər“ - Şolts
-
Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO
-
Şuşalılar doğma yurduna qayıdırlar - VİDEO
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
TOP 10
ARXİV