“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Bu səs yazısını Fərhad Əhmədov yaya bilərdi...” – Göyçaylı milyarder niyə DTX-nın diqqətini çəkib?

Tarix 20.11.22, 23:28

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun Göyçay rayonundakı evində və obyektlərində axtarış aparılması barədə məlumat yayılıb. Hətta onun özünün saxlanıldığı haqda da iddialar var. Fərhad Əhmədovun evində və obyektlərində axtarış aparılmasının səbəbi şəhid polkovnik Babək Səmidlinin səs yazısının yayılması ilə bağlı ola bilər.

Belə ki, Fərhad Əhmədov 44 günlük Vətən müharibəsi zamanı Birinci Ordu Korpusu istiqamətində orduya yardımlar edib. Fərhad Əhmədovla Babək Səmidlinin hər ikisi Göyçay rayonundadır və ikisi arasında dostluq münasibətlərinin olması deyilir.

Müharibə bitər-bitməz Fərhad Əhmədovla Babək Səmidlinin maşında gedərkən söhbət etdikləri və bu zaman da milyarderin onun səsini yazdığı düşünülür. Babək Səmidlinin 23 noyabr 2020-ci il tarixində minaya düşərək şəhid olmasından bir neçə gün sonra, təxminən dekabr ayının 17-18-də məlum səs yazısı sosial şəbəkədə yayılmışdı. Əldə etdiyimiz məlumata görə, şəhid ailəsinin xahişi ilə həmin səs yazısı saatlar sonra sosial şəbəkədən silinmişdi.

Həmin səs yazısının orjinalında danışan şəxsin Fərhad Əhmədov olması aydın bilinir. Onu da qeyd etmək lazımdır ki, Fərhad Əhmədovla Babək Səmidlinin Suqovuşanda, gölün kənarında video görüntüləri də internet resuslarında mövcuddur.

Səs yazısının Rusiya ilə Azərbaycan arasında gərginlik yaranan zaman yayılması xeyli suallar yaradır.

Fərhad Əhmədovun Babək Səmidlinin səsini yazmaqda iki səbəbi ola bilər. Birinci versiya, yuxarı orqanlara ordunun içərisindəki problemləri çatdırmaq, neqativləri aradan qaldırmaqdır. Dolayısı ilə canıyananlıqdır. İkincisi versiya isə, milyarder gələcəkdə şəxsi maraqları üçün də bu səs yazısını şantaj kimi də istifadə edə bilərdi.

İddia olunur ki, məhz hansı səbəbdən səs yazısını yazması və həssas dönəmdə yayılmasını araşdırmaq üçün DTX Fərhad Əhmədovun evində və obyektlərində axtarışlar aparır. 

Mənbə: Yenicag.az



Xəbərin oxunma sayı : 568




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap