Azərin: “O sevgini yaşamıram” Ferhat Göçer Ququşla duet oxuyacaq “Görsə ki, əlimdə telefon var, evim yıxıldı” - Xatirə Talıb Tale: “Orda telefonumu oğurladılar”
Axtar
 
  • / Maqazin / — 22 Noyabr 2017

    Azərin: “O sevgini yaşamıram”

  • / Maqazin / — 22 Noyabr 2017

    Ferhat Göçer Ququşla duet oxuyacaq

  • / Maqazin / — 22 Noyabr 2017

    “Görsə ki, əlimdə telefon var, evim yıxıldı” - Xatirə

  • / Maqazin / — 27 Oktyabr 2017

    Talıb Tale: “Orda telefonumu oğurladılar”

  • / Maqazin / — 20 Oktyabr 2017

    Xalq artisti əməliyyat olundu

  • / Maqazin / — 18 Oktyabr 2017

    Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb

“Bu tamamilə gülünc və qərəzli məlumatdır” - Prezidentin mətbuat katibi

Tarix 06.09.17, 14:03

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov “The Guardian” qəzetinin 4 sentyabr tarixli sayında “Azərbaycan rəsmiləri üçün gizli maliyyə sxemləri vasitəsilə ödənişlər barədəki” iddialarda adının çəkilməsinə münasibət bildirib.

APA-nın bununla bağlı sorğusuna cavab verən Azər Qasımov deyib: “Adıçəkilən məqalədəki “məlumatlar” o qədər absurd xarakter daşıyır ki, sözün düzü, mən heç buna reaksiya vermək istəməzdim. Bildiyiniz kimi, dünyada Azərbaycana qarşı fəaliyyət göstərən müəyyən dairələr və onların havadarları, eləcə də erməni lobbisini maliyyələşdirdiyi ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələri mütəmadi olaraq Azərbaycana qarşı ağlasığmayan, iftira dolu, yalan məlumatlar yaymaqla məşğuldurlar. Haqqında sual ünvanladığınız məqalə də bu sıradandır.

Özü də bu cür yazılar elə təqdim olunur ki, guya orada göstərilən faktlar dəlil-sübutlara və sənədlərə əsaslanır. Bu da bir növ məsələlərin mahiyyətinə dərindən bələd olmayan kütləvi oxucuya psixoloji təsir etmək məqsədi daşıyır. Konkret mənim adıma gəldikdə, bu tamamilə gülünc və qərəzli məlumatdır. Bir də ki, məqalənin müəlliflərinin birinin Dina Naqapetyan olduğunu nəzərə alsaq, məsələyə daha çox aydınlıq gətirilmiş olar.

Bir daha bildirirəm ki, bu cür xəstə təxəyyülün məhsulu olan cəfəngiyatlar yalnız Azərbaycanın imicinə zərər vurmaq xarakteri daşıyır”.

A. Qasımov hesab edib ki, bu cəhdlər nəticəsiz olacaq: “Bütün bu səylər boş və mənasız məşğuliyyətdən başqa bir şey deyil. Fikrimcə, özünü ciddi mətbu orqan hesab edən istənilən kütləvi informasiya vasitəsi bu cür mənasız məlumatlara əsaslanan yazılar dərc etməməlidir”.



Xəbərin oxunma sayı : 127

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda