Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

“Bulaq işi“nə görə həbs edilənlər son söz dedi - kriminal hesablaşma

Tarix 12.02.18, 19:45

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda kriminal qruplaşmalar arasındakı silahlı atışmadan sonra həbs edilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdən sonra həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Təqsirləndirilən şəxslər Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovdur.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqdirləndirilən şəxslər son söz deyib.

Samir Allayarov (kriminal aləmdə Ayqam Samir kimi tanınır) çıxış edərək heç bir sözü olmadığı deyib.

Digər təqsirləndirilən Tofiq Qaramizadə isə çıxışında bildirib ki, Fuad Əsgərovla heç bir problemi yoxdur:

"Fuadla mənim pul söhbətim yoxdur. Heç bir şikayət yoxdur. Ölümə cəhd ittahamı veriblər. Xuliqanlıq versinlər. Bir cavanlıqdır, eləmişik. Telefonda anlaşılmazlıq olub. Bir-birimizə silah çəkmişik".

Bəhruz Rəfiyev isə özünü təqsirli bilmədiyini söyləyib: "Mən heç kimdən pul istəməmişəm. Heç kimə silah çəkməmişəm. Mən vurulmuşam. Xahiş və tələb edirəm ki, bəraət verəsiniz".

Süleyman Abdullayev isə qeyd edib ki, ona ədalətli hökm versinlər.

Fuad Əsgərov isə son sözə vaxt istəyib. Proses febralın 17-ə təyin edilib.

Prokuror Tofiq Qaramizadənin 12 il, Fuad Əsgərovun 15 il, 6 ay, Bəhruz Rəfiyevin 13 il, Müzəffər Cəfərovun 7 il 9 ay, Samir Allahyarov 18 il, Süleyman Abdullayev 15 il, Araz Vəliyevlə Murtuza Tağıyev və Hüseyn Hüseynovun isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, silahlı insident aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd), 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182 (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

Bildirək ki, restorandakı silahlı insidentin Rövşən Lənkəranski və "Lotu Qulu"nun adamları arasında baş verməsi haqda mətbuatda məlumatlar yer almışdı. Ancaq "Lotu Qulu"nun yaxın ətrafı bu məlumatı təkzib ediblər. Lakin silahlı insidentin kriminal qruplaşmalar arasında hesablaşma olması istisna edilmir.

Qeyd edək ki, bu atışmadan sonra Bakının müxtəlif rayonlarında kriminal aləmlə əlaqələrdə şübhəli bilinən onlarla şəxs saxlanılmışdı.



Xəbərin oxunma sayı : 229




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap