Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Bundan sonra həmin məmurların adlarını açıqlayacağam” - Qənirə Paşayeva

Tarix 08.06.21, 12:47

Font ölçüsü : - / +
bitmap-img6


"Bu gün söz almağımın əsas səbəbi ötən iclaslarda hökumət qarşısında qaldırdığım məsələlərə nə yazılı, nə şifahi cavab almamağımdır”.

"Report”un xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, qanunverici orqanın toplantılarında bəzi məsələlərin qaldırılmasının səbəbi məmurlardır: "Çünki bəzi problemləri 2-3 dəfə qaldırıram, bu zaman qurumlardan belə cavab verilir ki, bunu 3 dəfə qaldırıbsınız, daha buna toxunmayın. Bunu demək doğru deyil. Mənim burada hansı məsələlələri qaldıracağımı hansısa məmur müəyyən etmir. Mənim qaldrıdığım məsələləri seçiciləim müəyyənləşdirir. Seçicim gəlir, mənə müraciət edir ki, Birinci Qarabağ müahribəsi qazisidir, əlində məhkəmə qərarı var. Amma qurumlardan cavab ala bilmir. Qurumlara müraciət edirəm, deyirlər baxılacaq. Nə vaxt baxılacaq?! Niyə baxılmır. Adam deyir ki, məhkəmənin qərarı yerinə yetirilmir. Bundan sonra vətəndaşa necə deyə bilərəm ki, məhkəmələrə inanın. Hələ bir sayırlarda neçə dəfə çıxış edilib. Bu sözlərinin müəllifləri kim olduqlarını anladılar”.

Komitə sədri həmçinin bəzi məmurlara deputatlarla danışığına fikir vermələrini tövsiyə edib: "Dövlət məmuru öncə insanlarla, vətəndaşla danışmağı öyrənməlidir. Deputatla danışanda üslublarına diqqət etsinlər. Əgər onlar buna əməl etməsələr, bundan sonra mən onların adlarını da çəkəcəyəm”.

Deputat qeyd edib ki, Göytəpə arxeoloji parkı qurulmur: "Bununla bağlı prezidentin sərəncamı var. Niyə həmin sərəncam yerinə yetirilmir? Buna cavab verin!”.



Xəbərin oxunma sayı : 754




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap