“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Bunu özümə bağışlaya bilməyəcəm“ - Elnarə Röya ilə barışmasından danışdı

Tarix 25.09.19, 20:35

Font ölçüsü : - / +
bitmap-img6


"Məndə heç bir küskünlük olmayıb. Əslində, onda da olmayıb. Mən oxuyurdum, ürəyi istədi, durdu oynamağa başladı. Heç bir qərəz hiss etmədi, demək ki, problemi yoxdur. Mahnının sonuna yaxın hiss etdim ki, onunla salamlaşmaq istəyirəm. Beynimdə çox düşündüm ki, yaxınlaşım, ya yox. Sonra dedim ki, əşi, islanmışın yağışdan nə qorxusu?".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Elnarə Xəlilova yeni barışdığı Əməkdar artist Röya Ayxanla bağlı sualları cavablandırarkən deyib. Sənətçi barışıq addımını belə izah edib:

“Etmədiyin işin peşmanlığı daha çox olur. Fikirləşdim ki, etməsəm, bunu özümə bağışlaya bilməyəcəm. Onsuz da biz onunla hər zaman görüşmüşük, münasibətimiz normal olub. İnstaqramda problem çıxdı, Allah şeytana lənət etsin. Heç yadımda deyil, elə bilin ki, olmayıb. Evdə iki bacı arasında da dodaq boyası, corab üstündə dava olur. Övladlarım bütün günü bir-birini qırırlar. Neqativi yadda saxlamağın nə mənası var ki? Bu, kimə xeyir gətirib? Kinli insan deyiləm. Münasibətləri aydınlaşdırandan sonra hər şeyin üstündən keçmək olar”.

E.Xəlilova Almaz Saraylının xalası olması barədə məlumata da aydınlıq gətirib:

“Almaz Saraylı xalam deyil. Sadəcə Mina gənc olduğundan qohumluq əlaqələrini qarışdırıb. Almaz xalam qızıdır. Mina ona hörmət etdiyindən “xala” deyə, müraciət edir. Verilişdə də elə deyib”.








Xəbərin oxunma sayı : 823




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap