Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Caliber”: Ermənistanda seçkiqabağı sürünmə: Finiş əyrisi - VİDEO

Tarix 14.06.21, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanda seçkiqabağı sürünmə özünün finiş əyrisinə yaxınlaşır.

Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında yayımlanan sayca 32-ci buraxılışında bəhs olunur. 

Proqramın yeni sayında həmçinin Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrə toxunulub.

“Son zamanlar sosial şəbəkələrdə yayılan videolardan da görünür ki, Ermənistan tərəfindən sərhəd zonasında eskavatorlar işləyir və müdafiə istehkamlarının qurulması işləri davam etdirilir. Hərçənd rəsmi səviyyədə bu məlumatlar təkzib olunur”, - deyə verilişdə qeyd edilir.

Buraxılışda Ermənistandakı hazırki vəziyyət Azərbaycanda ötən əsrin 90-cı illərinin başlanğıcındakı vəziyyətlə müqayisə olunur.

“Ermənistanın sosial və siyasi həyatında xaos hələ də davam edir. Seçkiöncəsi siyasi qüvvələrin təhlili belə deməyə əsas verir ki, bu xəmir hələ çox su aparacaq. Odur ki, parlament seçkilərinin asanlıqla yekunlaşmayacağı indidən bəllidir. Bu müddət ərzində istənilən gözlənilməz hadisənin baş verməsi mümkündür. O, cümlədən də Azərbaycana qarşı təxribatlar ola bilər”, - deyə verilişdə bildirilir.

Daha ətraflı “Caliber”in yeni buraxılışında:









Xəbərin oxunma sayı : 787




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap