Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Camaatın 100 min manatlıq əşyasına 5 min manat qiymət qoyurlar“ - Deputatdan ETİRAZ

Tarix 14.06.19, 23:26

Font ölçüsü : - / +
bitmap-img6


"Lombard rəhbərləri camaatı incidirlər".

AzFakt.com xəbər verir ki, bu fikir “Lombardlar haqqında” yeni qanun layihəsinin parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəsi zamanı səsləndirilib.

Qeyd edək ki, ümumiyyətlə, qanun layihəsi deputatların narazılığına səbəb olub.

Vahid Əhmədov müzakirələr zamanı bildirib ki, Azərbaycanda vətəndaşlar lombardların fəaliyyətindən narazıdır.

“Lombardlarla bağlı çoxlu şikayətlər daxil olur. Lombard rəhbərləri camaatı incidirlər. Ona görə də belə bir qanun layihəsinin olması vacib idi. Ancaq bu qanun layihəsi yetərli deyil. Bu layihədə düzəldilməli olan bir çox məsələlər var.

Biz bilirik ki, lombardlara müraciət edən adamlar kasıb insanlardır. Tez müddətdə onlar qiymətli əşyalarını qoyub pul götürmək istəyirlər. Ancaq layihədə qeyd olunur ki, bunun üçün müqavilə, qəbz, digər üsullardan istifadə olunmalıdır. Daha sonra layihədə deyilir ki, lombard verilmədiyi halda vətəndaş məhkəməyə müraciət edə bilər. Nəyə görə son zamanlar bu qurumlar vətəndaşı məhkəmələrə yönləndirir?


Biz elə etməliyik ki, insanların işini çətinləşdirməyək. Çünki lombardlarla bağlı məsələdə biabırçılıq baş alıb gedir. İnsanların 100 min manatlıq əşyalarını beş min manat dəyərində qiymətləndirirlər”, – deyə millət vəkili əlavə edib.

Millət vəkillərindən Əli Məsimli ilə İlham Əliyev də qanun layihəsini sərt tənqid ediblər.

Hər iki millət vəkili qanun layihəsinin yenidən hazırlanmasını və təkmlilləşdirməsini təklif edib.



Xəbərin oxunma sayı : 211




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap