Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Canavar” ləqəbli şəhid polkovnik-leytenantın ailəsindən - Videoreportaj

Tarix 18.11.20, 20:19

Font ölçüsü : - / +
bitmap-img6


Sizə də tanıdacağımız daha bir şəhidimizin həyatı ilə tanış olduqca 37 illik ömrünə nələri sığışdırdığını, təkcə ailəsinə deyil, tabeliyində olan əsgərlərə də az qala, ata qayğısı göstərdiyini öyrənirik. Söhbət Vətənimizin bütövlüyü yolunda, sözün həqiqi mənasında, canını qoyanlardan biri - “Canavar” ləqəbli polkovnik-leytenant Rəşad Quliyevdən gedir. 

“Qafqazinfo” bir neçə gün öncə 40 mərasimi keçirilən şəhidimizin ailəsinə baş çəkib, qəhrəmanımızla bağlı xatirələri vərəqləyib.

Şəhidin anası Mətanət Quliyeva deyir ki, Rəşadın hərbçi olması həyatdan vaxtsız köçən atasının vəsiyyəti olub. Bu səbəbdən də oğlunu özü əli ilə Cəmşid Naxçıvanski adına hərbi litseyə gətirib. Hərb sənətinə sevgisi o qədər güclü olub ki, qəbul imtahanında yüksək nəticə göstərən Rəşadı ikinci kursa götürüblər. Ali Hərbi Akademiyanı başa vurandan sonra isə bütün ömrü cəbhə bölgələrində keçib. İkinci Qarabağ müharibəsinə qədər 2016-cı il Aprel döyüşlərində də iştirak edib, Lələtəpə uğrunda döyüşüb. 

Ölüm xəbərini isə ailəsi oktyabrın 7-də alıb. Oğlunun arzularını şəhid anasına son günlərində yanında olan döyüş dostları çatdırıblar.


Arzusu Qarabağ uğrunda döyüşlərdə iştirak etmək olan qəhrəmanımız canından, qanından artıq sevdiyi bayrağına bükülərək ölmək istəyibmiş...

Ana M. Quliyeva danışır ki, Nəcəf adlı qonşuları oğlunun əsgəri olub: "Bu ərəfədə Ağcabədiyə yanına getmişdi. Ona deyib ki, gedib hazırlaşsınlar, məhəlləyə ya qəhrəman, ya da şəhid olaraq gələcək. Cəbhə yoldaşlarına isə bildirib ki, “Heyif deyil bayrağa bürünüb gəlmək?...”

Onlara bayramlarda “premiya” verirdilər, amma heç vaxt özünə xərcləməzdi, əsgərləri cərgəyə düzüb kimin əlcəyi, siqareti, buşlatı - çatışmayan nəyi vardısa, onu alardı. Əsgərlərini ata kimi qoruyardı...Polad Həşimovla yaxın münasibəti var idi, ona “Paşam” deyirdi. Poladın ölümü Rəşada çox pis təsir eləmişdi. Bir də arzusu vardı - Polad Həşimovun məzarına gül qoymaq istəyirdi. Özü də Poladın yanında dəfn olundu...”

Albomlarını vərəqləyirik, saysız-hesabsız diplomlarına, fəxri fərmanlarına baxırıq. Bizə fotodan məğrur, yenilməz qəhrəman baxışlarıyla baxır Rəşad Quliyev. Anası deyir ki, elə qorxu bilməzliyinə, tez-tez düşmən postlarına kəşfiyyata getdiyinə görə ona “Canavar” ləqəbini vermişdilər:

Açıklama yok.

“Əvvəllər kapitan idi, mayor rütbəsini ona kəşfiyyata gedib-gələndən sonra gətirdiyi qiymətli məlumatlara görə vermişdilər. Bir dəfə də işğal altında olan Gülüstan kəndinə kəşfiyyata gedəndə bir evin divarında ürək çəkmişdi, içərisində isə özünün və mənim adımı yazmışdı. Sonra şəklini çəkib mənə göstərmişdi. Onu heç nə qorxutmazdı, kəşfiyyata gedəndə də papağını qoyub gələrdi ki, xəbərləri olsun buralarda bizim hərbçimizin olduğundan”. 

Yaxınları bildirir ki, Rəşad ​Cəbrayıla girəndə torpağın qoxusunu doya-doya sinəsinə çəkib. Cəbrayıldan Qubadlıya gedən yolda yüksəkliklər uğrunda döyüşdə həlak olub. Mərmi atıldığını görəndə də özündən əvvəl əsgərlərini düşünüb. Onlara “dağıl!” komandası verib. Lakin minomyot mərmisi onun yaxınlığında partlayıb, ayağından yaralanaraq həlak olub.

Şəhidin bacısı Nərmin Məmmədova da qardaşı ilə bağlı xatirələrini dilə gətirib: “Rəşad hərbidə də, ailəsində də həmişə öz hörmətini qazanıb. Birgünlük də gəlsə, hamımızı görməmiş getməzdi. Bir dəfə oğlumun kiçik toyu idi, Murovdan ora videozənglə qoşulmuşdu. Mən hələ də elə hiss edirəm ki, qardaşım yanımdadır. Ən çox istədiyi şey Milli Qəhrəman olmaq idi. İstəyirdi ki, ona dəyər verilsin”.

Açıklama yok.

Yaraları təzə və dərin olsa da, şəhid yaxını olmanın nə qədər şərəfli olduğunu Quliyevlər ailəsi də yaxşı anlayır. Təkcə hələ dünyadan bixəbər olan 6 yaşlı İnci və 7 yaşlı Dəryadan başqa... Atalarının yoxluğunun acısını hiss etsələr də, hələ baş verənləri tam olaraq dərk edə bilmirdilər. Amma həmin qızcığazların üzlərindəki qürur bunu anladıqca artacaq, buna əminəm.

Şəhidimizin doğulub boya-başa çatdığı Zığ qəsəbəsindəki mənzilindən çıxıb, həyətin bir tərəfində salınmış kiçik park və bulaq abidəsinə gəlirik. Sakinlərdən öyrənirik ki, onu qəhrəmanımızın dostları, qonşuları, hərbçi yoldaşları xatirəsini əbədiləşdirmək üçün düzəldiblər. Amma təbii ki, ən böyük abidə qəhrəmanımızın vətəndaşların ürəklərində qurduğu abidələrdir... 











Xəbərin oxunma sayı : 739




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap