Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İcazə alan apteklər “Tramadol” sata biləcək – Nazir müavini

Tarix 15.11.17, 17:34

Font ölçüsü : - / +
bitmap-img6


Hər aptek də psixotrop maddələrdən ibarət olan preparatları sata bilməz. Bunun üçün xüsusi icazə verilməlidir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, belə apteklərin sayı bu gün üçün heç 10 faizə qədər deyil.

E.Ağayev əlavə edib ki, psixotrop maddələrin, dövriyyəsinə nəzarət edilən preparatların qanunsuz satılmaması ilə bağlı apteklərə mütəmadi şəkildə xəbərdarlıq edilir: “Dövriyyəsinə nəzarət edilən preparatların siyahısı Milli Məclis tərəfindən təsdiq edilib və daim yenilənir. Bu yaxınlarda Səhiyyə Nazirliyi 50 milliqramlıq tramadolun məhz həmin siyahıya daxil edilməsi ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənova müraciət edib”.

O bildirib ki, apteklər həmin dərmanların satışında diqqətli olmalıdırlar: “Yoxlamalar dayandırıldığı zaman nazirlik yoxlama apara bilmirdi. Ancaq yeni qanunvericiliyə görə, bununla bağlı Səhiyyə Nazirliyinə səlahiyyətlər verilib”.

Tibb müəssisələri qanuna riayət etməlidirlər ki, ağır iqtisadi cəzalarla cəzalandırılmasınlar.



Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap