Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Cəsur olun, qorxmayın, danışın …” –İmamoğlu məşhurlara yenidən üz tutdu

Tarix 12.05.19, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


CHP-nin İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlu ona dəstək verən məşhur sənətçilərin təhdid edilməsinə reaksiya verib.

Strateq.az xəbər verir ki, o, “Twitter”dəki hesabında susmamağın, danışmağın demokratiyanın ana xətlərindın biri olduğunu yazıb:

“Susmamaq, danışmaq, fikirni azad şəkildə ifadə etmək demokratiyanın ana xəttidir. Hələ-hələ sənətçilər, elm adamları, yazarlar, şairlər danışarsa, dünya o zaman daha gözəl olar. Siyasətçilər kiməsə hədd bildirə bilməzlər. Belə bir şey yox. Danışın, şairlər şeirlər yazsın, sənətçilər mahnılar bəstləsin, oxusun. O gözəl sənətçilər bunları etsin, yazarlar məqalə yazsın, cəmiyyətə istiqamət versinlər.  Bundan gözəl nə ola bilər ki?”.

İmamoğlu deyib ki, cəmiyyətin aktiv hissəsinin, ziyalıların danışmasından siyasilər məmnun olmalıdır: “Əks halda, siyasilər güncə sıxışar. Azadlıq nəfəs kimidir, azad olmağa davam edin. Ağlınıza gələn bütün gözəl duğuları, sevgini paylaşmağa davam edin. Cəsurca və Türkiyənin gələcəyi üçün danışın, lütfən. Qorxmayın”.

Xatırladaq ki, İmamoğlunun “Hər şey gözəl olacaq. İndi sənətçilər danışmalıdır” çağırışına Türkiyədə yüzlərlə məşhur insan dəstək verib.

Bundan sonra başda prezident Ərdoğan olmaqla, bir çox iqtidar mənsubları həmin məşhurlara xəbərdarlıq edib.

Binəli Yıldırımsa açıq şəkildə “Bu cür açıq mövqe onların karyerasına fayda verməz”, – deyə məşhurlara təhdidvari mesaj verib.




Xəbərin oxunma sayı : 184




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap