Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Chek up“ müayinələr pulsuz olacaq? - Rəsmi açıqlama

Tarix 05.12.22, 20:42

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda "chek up" müayinələr sığorta təminatında deyil.

Bunu Kliniki Tibbi Mərkəzin direktoru, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi qrupunun rəhbəri Könül Ələkbərov Musavat.com-un əməkdaşının sualını cavablandırarkən deyib.

O qeyd edib ki, icbari tibbi sığortanın dünya təcrübəsi var və hazırda dünyanın heç bir ölkəsində "chek up" müayinələr sığorta təminatında deyil.

Mərkəz rəhbəri əlavə edib ki, qəfil uşaq ölümlərinin qarşısının alınması yalnız "chek up" müayinə ilə deyil, ailə hələkimləri ilə də həll oluna bilər:

Açıklama yok.

"Uşaqların daha güvənili olması üçün vətəndaşlarımızın ailə sağlamlıq mərkəzklərindəki həkimlərlə daha sıx təmasda olmaları lazımdır. Əgər sıx təmasda olsalar, belə hallar baş verməz. Mingəçevirdə icbari tibbi sığortanın pilot layihəsi başlayanda aydınlaşdırıldı ki, 17 ürək qüsuru olan uşaq var. Bunu həkimlər ortaya çıxardılar, çünki mütəmadi təmasda oldular. May ayında həmin uşaqlar ürək əməliyyatı olundu və cəmiyyətə vətəndaş kimi qayıtdılar. Xəstəliyin ilkin anlarında cəmiyyətin üzvləri ailə həkimləri ilə sıx təmasda olsalar, belə halların qarşısı alınar. Amma icbari tibbi sığortanın ölkəmizdə tətbiqi və inkişafı günü-gündən dəyişir, qaydalar dəyişir. Ola bilsin ki, imkanlar daha da genişlənəcək və "chek up" müayinələrin də daxil edilməsinə ehtiyac yaranacaq. Çünki profilaktik tədbirlərin aparılması daha asandır, daha az məsrəflidir və daha tez başa gəlir".

Qeyd edək ki, son vaxtlar Azərbaycanda məktəb yaşlı uşaqlar arasında ölüm halları tez-tez qeydə alınmaqdadır. Mütəxəssislər bu kimi halların qarşısının alınması üçün uşaqların vaxtaşırı "chek up" müayinələrdən keçməsini vacib sayırlar. Valideynlər isə bu müayinələrin olduqca baha olmasından şikayət edirlər.




Xəbərin oxunma sayı : 526




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap