Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Cinsi əlaqədə olmaq istəmədiyim üçün məni Adnan Oktarın yanına apardılar” – ŞOK İFADƏ

Tarix 22.07.18, 22:46

Font ölçüsü : - / +
bitmap-img6


Adnan Oktar şəbəkəsinə qarşı davam edən istintaqla bağlı ifadə verənlərin bəziləri açıq şəkildə, bəziləri isə şərti ad altında şikayətlərini bildiriblər.

Minval.İnfo Milliyet-ə istinadən xəbər verir ki, onlar Adnan Oktar və şəbəkəsinin iç üzünü açıb-töküblər.

Şərti adla ifadə verən zərərçəkənlərdən biri cinayətkar şəbəkədən uzaqlaşmaq istəyənlərə Adnan Oktarın verdiyi cəzaları və onlara hansı təzyiqlər göstərildiyi barədə şok açıqlamalar edib:

“Şəbəkədən uzaqlaşmaq istəyənləri Adnan cəzalandıraraq onlara aid evlərdə saxladı. Onların tərkibindən uzaqlaşmaq istəyənlərə nümunə göstərdi. Bu şəkildə şəbəkədən uzaqlaşmaq istəyənlərə mane olmağa çalışırdılar”.

Bir başqa zərərçəkən isə şəbəkəyə necə qoşulduğunu və bəzi tələbləri qəbul etməyəndə təzyiq üçün Adnan Oktarın yanına aparıldığını deyib:

“İki xanım ilə tanış oldum. Onlar da məni reklam işi ilə məşğul olan bir nəfərlə tanış etdilər. Onun vasitəsi ilə Adnan Oktarın qrupuna qoşuldum. Şəbəkə üzvləri müxtəlif formada cinsi əlaqədə olurdular. Cinsi əlaqədə olmaq istəmədiyim üçün məni Adnan Oktarın yanına apardılar. Adnan Oktarın söylədiklərini etməyimi və edəcəyim təqdirdə savab qazanacağımı bildirdilər. Bu qrupdan çıxmaq üçün çox çalışdım. Məni və mənim kimi çox insanı aldatdılar. Maddi və mənəvi məhv etdilər. Qeyri əxlaqi əlaqəyə məruz qoyan, əllərində foto və görüntülər olduğunu söyləyərək təhdid və şantajla qrupda saxlamağa çalışan, Mehdi olduğunu iddia edən Adnan Oktar adlı şəxsdən şikayətçiyəm”.

Adı açıqlanmayan bir qız isə sevgilisinin Adnanın dəstəsindən olduğunu bilsə də, ondan ayrılmamaq üçün səbr etdiyini bildirib:

“Mən də Adnanın evinə gedirdim onunla. Orada cinsi əlaqə sərbəst idi. Orada məni psixoloji, mənəvi və maddi məhv etdilər”.



Xəbərin oxunma sayı : 607




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap