Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Coca-Cola” haqqında dəhşət: içkinin zərərini gizlətmək üçün alimlərə pul verirmiş

Tarix 10.05.19, 23:47

Font ölçüsü : - / +
bitmap-img6


Fransanın "Le Monde” qəzeti "Coca-Cola” şirkəti tibb işçilərini və tədqiqatçıları içkinin sağlamlıq üçün yaratdığı risklərə göz yumması üçün maliyyələşdirməsi barədə material dərc edib.
 
Medicina.az xəbər verir ki, kompaniya  2010-ci ildən bəri bu məqsədlə 8 milyon avro xərcləyib. 

Stefan Orel yazır ki, hələ 2015-ci ildə "The New York Times” "Coca-Cola”nın əməllərini ifşa edən məqalə hazırlayıb. Yazı "Global Energy Balance Network” (Qlobal Enerji Balansı Şəbəkəsi) təşkilatının içki şirkəti ilə əməkdaşlığından doğan saxtakarlığını üzə çıxarmışdı. 

Bu yazı böyük səs-küy doğurmuşdu. Onda "Coca-Cola”nın baş direktoru şəxsən özü şirkətin ayırdığı maliyyənin şəffaflığına zəmanət vermişdi. Bundan sonra şirkətin rəsmi saytı da daha şəffaf informasiyalar paylaşmağa başlamışdı.

Müəllif qeyd edir ki, elmi işlər üçün nəzərdə tutulan 8 milyon avro ayrı-ayrı mütəxəssislərə, tibb, idman təşkilatlarına sərf edilib. Bu saxtakarlıqda hətta dietoloqların da iştirakı olub.

Məqalədə bildirilir ki, xərclərin 30 faizi (2,4 milyon avro) "elmi-tədqiqat” işlərinə gedib. Ən çox "CreaBio”ya pul ayrılıb (930 min avro). Adını da "intensiv dad vericilərin öyrənilməsi mövzusunda araşdırma layihəsi” qoyublar.

"Coca-Cola”dan maliyyə almaq üzrə ikinci yerdə fiziologiya sahəsində Avropa ekspertiza institutu (IEEP) gedir. Bu təşkilat 2010-2014-cü illlərdə 720 min avro alıb. İnstitut da öz növbəsində qazlı içkilərin insulin həssaslığına, qanda şəkər miqdarının artmasına heç bir təsiri olmaması haqda məqalə nəşr etdirib.

Beləliklə, mətbuat, həkimlər, müstəqil araşdırmaçılar Coca Colanın insan orqanizminə zərəri, xüsusən insulin dirənci, artıq çəki, piylənmə, şəkər, ürək-damar problemlərinə təkan verməsi barədə məlumatlar yayıb insanları maarifləndirdikcə, şirkət müxtəlif təşkilatları, elm adamlarını, dietoloqları pulla öz tərəflərinə çəkərək, Cola içməyin insan orqanizminə mənfi təsiri barədə elmi araşdırmaların olmamasına çalışmışdır.
 





Xəbərin oxunma sayı : 754




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap