Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar Nigarın sinə dekoltesi... – Fotolar Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki
Axtar
 
  • / Maqazin / — 08 İyun 2019

    Afaq Aslan bu dəfə elə poza verdi ki... - Fotolar

  • / Maqazin / — 06 İyun 2019

    Səmra fotosessiya etdirdi, gündəm oldu - Fotolar

  • / Maqazin / — 03 İyun 2019

    Nigarın sinə dekoltesi... – Fotolar

  • / Maqazin / — 31 May 2019

    Minlərlə izləyicisi... - Röya elə fotolarını paylaşdı ki

  • / Maqazin / — 30 May 2019

    “Hamının gözünə batıram” - Pərvin Abıyeva

  • / Maqazin / — 24 May 2019

    Futbolçunun arvadı dərin dekolteli paltarda - Foto

İcra başçılarının düşmənçiliyi pik həddə: Gülməmmədova Fərəcovun obyektini dağıtdırıb?

Tarix 10.07.19, 11:40

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri ilə rayonun sabiq başçısı, hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Zakir Fərəcov arasında "soyuq müharibə" davam etməkdədir. 

AzFakt.com-a verilən məlumata görə Abşeron rayon İcra Hakimiyyəti Zakir Fərəcovun zamanında rayonda inşa edilən obyektlərin sənədləşmə işlərinin aprılamasına bürokratik əngəllər yaratmaqdadır. 

Bu barədə saytımıza məlumat verən mənbənin sözlərinə görə rayon İcra hakimiyyəti sənədləşmə işlərinə əngəl yaratmaqla yanaşı, həm də bu obyektlərin fəaliyyətinə müəyyən formalarda əngəl törədir. 
Belə ki, rayon ərazisində "abadlaşma-quruculuq" işlərinin aparılması adı altında bu obyektlərin yerləşdiyi ərazinin yolları qazılır, aylarla həmin ərazilərdə heç bir iş aparılmır. 

Əldə etdiymiz məlumata görə hətta Abşeron rayon İcra hakimiyyəti Masazır dairəsinin yaxınlığında yerləşən Zakir Fərəcovun ailə üzvlərinin birinə məxsus olan obyektə ötən il texnikalarla basqın da edib. Belə ki, məlumata görə Abşeron rayon İcra hakimiyyətinin başçısının göstərişi ilə həmin ərazidə mebel evi kimi fəaliyyət göstərən obyektin giriş hissəsi ötən il texnikalarla dağıdılıb. Ekskvator traktorlarla dağıdılan obyektdə Zakir Fərəcovun xeyli miqdarda ziyana düşdüyü deyilir.
Məlumatda qeyd edilir ki, hadisə zamanı Zakir Fərəcovun Abşeron rayon İcra hakimiyyətinin başçısına etdiyi mütəmadi telefon zənglərinə isə İradə Gülməmmədova cavab verməyib. 

Qeyd edək ki, Abşeron rayon İcra hakimiyyətinni memarlıq şöbəsinin "əli" ilə dağıdılan obyektin Zakir Fərəcovun kürəkəninə məxsus olduğu deyilir. 
Obyektin dağıdılmasının təşəbbüskarının isə Abşeron rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın olduğu bildirilir. 

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyyəti mövzuya  münasibət bildirmədi.





Xəbərin oxunma sayı : 1297

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda