“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İcra başçısı 200 nəfərin kartını mənimsəyib? - “Tapşırıb ki, 200 nəfər “səsi çıxmayan”, fağır adam tapsınlar“ + VİDEO

Tarix 21.02.21, 23:26

Font ölçüsü : - / +
bitmap-img6


Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 200 nəfərin adını işə yazdırıb və kartlarını özü götürüb. 

Bakupost.az xəbər verir ki, bu iddia ilə Xaçmazda yaşayan müstəqil jurnalist Cəmil Məmmədli çıxış edib.

Jurnalist bildirib ki, icra başçısı rayon barədə araşdırma apardığını biləndən ona qarşı müxtəlif üsullarla təzyiqlər göstərir: “Mən rayonla bağlı böyük araşdırma filmi hazırlayıram. Filmdə icra başçısının törətdiyi qanun pozuntuları faktlarla əks olunub. Rayona ötən il 525 kvota ayrılıb. İcra başçısı Qubada olan 31 icra nümayəndəsini çağırıb, tapşırıb ki, 200 nəfər “səsi çıxmayan”, fağır adam tapsınlar. Onlar da tapıb. İcra başçısı fevral, mart, aprel aylarında 200 nəfərin kartına yatırılmış 250 manatı cibinə qoyub. O məbləğdən yalnız məmurlardan birinin Qubadakı villasının işıq pulunu ödəyib, vəssalam. May ayında Prezident Administrasiyasının səlahiyyətli şəxslərindən biri Qubaya gələrək, qanunsuz əməllərə son qoymağı, məsələlərin ciddi araşdırıldığını deyib və kart məsələsinə də toxunub. Bu iclasdan sonra - mayın 8-10-u arası həmin 200 nəfərin hamısı “işdən” çıxarılıb. Mən bunu araşdırmışam, əlimdə sübutlarım var. Təkcə kart məsələsini araşdırmamışam, həm də icra başçısının bələdiyyə sədrlərini, icra nümayəndələrini neçəyə təyin etdiyi, başqa qanunsuz əməllərini araşdırmışam. Onun mənə qarşı təzyiqlərinin heç bir əhəmiyyəti olamyacaq”.

Cəmil Məmmədli qarşılaşdığı təzyiqlərlə bağlı video müraciət də hazırlayıb. Həmin materialı təqdim edirik:







Xəbərin oxunma sayı : 967




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap