Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nəsimi icra başçısı müavinini Milli Məclisə göndərir - Gülarə Verdiyeva namizəd olacaq?

Tarix 11.12.19, 12:27

Font ölçüsü : - / +
bitmap-img6


2020-ci ilin 9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərlə bağlı bir sıra siyasi partiya və qurumlar, müstəqil şəxslər hazırlıqlara başlayıb. 
 
Növbədənkənar parlament seçkilərində iştirak edəcəkləri ilə bağlı Müsavat, Azərbaycan Demokrat və Böyük Quruluş Partiyaları açıqlama veriblər.
 
Müsavat Partiyası artıq dairələr üzrə namizədlərinin adlarını da elan edib.
 
Milli Şura isə dekabr ayının 10-da verdiyi qərarla növbədənkənar parlament seçkilərini boykot etdiklərini elan edib. 
 
Milli Məclisdə say çoxluğu olan hakim Yeni Azərbaycan Partiyası isə hələ ki, namizədlərinin adlarını ictimaiyyətə açıqlamayıb. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə YAP-ın namizədlərinin siyahısını gecikdirməsi, eyni zamanda YAP-ın gənc və yeni komandaya üstünlük verəcəyi bəzi məmurları "hərəkətə" gətirib. Belə ki, artıq bəzi rayon İcra Hakimiyyətlərinin başçıları müstəqil və yaxud hakim partiyanın nümayəndəsi kimi Milli Məclisə öz adamlarını göndərməyə çalışırlar.
 
Əldə etdiyimiz məlumata görə YAP-ın yeni namizəd sürəcəyi dairələrdən biri 21 saylı Nəsimi I dairəsidir.
 
Qeyd edək ki, 5-ci çağırış parlamentə 21 saylı seçki dairəsindən parlamentə YAP-ın namizədi olaraq Məlahət Həsənova seçilmişdi. Məlahət Həsənovanın müəyyən səbəblərə görə 2019-cu il fevral ayının 9-da parlament seçkilərinə qatılacağı sual altındadır. 
  
Qlobal.az-ın əldə etdiyi məlumata görə növbədənkənar parlament seçkilərinə 21 saylı Nəsimi birinci seçki dairəsindən Nəsimi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva olacaq. 
 
Məlumatda Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun da müavininin təşəbbüsünün əsas dəstəkçisi olduğu iddia olunur.
 
Xatırladaq ki, YAP-ın Nəsimi rayon Qadınlar Şurasının sədri olan G. Verdiyeva bundan əvvəl də deputatlığa namizəd olub. Belə ki, o, 2010-cu ildə Milli Məclisə 22 saylı Nəsimi II dairəsindən namizəd olub.



Xəbərin oxunma sayı : 532




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap