Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

İcra başçısı qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir? – FOTO

Tarix 15.12.17, 6:13

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Xəzər rayonu Mərdəkan şosesinin yaxınlığında yerləşən torpaq sahəsinin qanunsuz hasara alınması ilə bağlı sorğumuza cavab versə də, ancaq həmin əraziyə cavabdeh olan Xəzər rayon İcra Hakimiyyəti hələ də susur. Hətta, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdiri Anar Bayramov sözügedən torpaq sahəsinin hasara alınmasından xəbərsiz olduqlarını bildirib:

“Xəzər rayonu Mərdəkan şosesinin yaxınlığında yerləşən torpaq sahəsinin hasara alınması barədə elektron müraciətinizə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılıb. Bununla əlaqədar bildiririk ki, torpaq sahəsinin hasara alınması barədə Komitəyə hər hansı məlumat daxil olmayıb”.

Bakı şəhər İcra Hakimiyyətindən əldə etdiyimiz məlumata görə, sözügedən hasarlanma aparılan zaman Bakı meriyasına da məlumat verilməyib.

İcra başçısı qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir?

Görünür ki, dövlət başçısının hər gün gedib-gəldiyi yolun üzərində yerləşən həmin ərazinin qanunsuz hasarlanması ilə bağlı məsələnin mətbuatda işıqlandırılmasında Xəzər Rayon İcra Hakimiyyəti başçısı cənab Gülağa İslamov şəxsən özü maraqlı deyil. Əks təqdirdə bir həftə öncə etdiyimiz elektron sorğumuza Xəzər rayon İcra Hakimiyyətindən cavab verilərdi.

Necə olur ki, Xəzər rayonunda bir metr yeri hasarlayanda və yaxud daşı daş üstünə qoymamış, rayon İcra Hakimiyyətinin nümayəndələri dərhal peyda olurlar, ancaq Mərdəkan şosse yolunun Xəzər rayonunun Qala qəsəbəsinin girişində, hava limanı yolunun üzərində yerləşən hektarlarla torpaq sahəsinin qanunsuz şəkildə zəbt edilərək hasarlanmasını icra başçısı görməzdən gəlir.

İcra başçısı qanunsuz hasarladığı ərazidə pivə zavodu tikdirmək istəyir?

Görünür, həmin ərazi ya icra başçısı Gülağa İslamovun göstərişilə hasarlanıb, ya da onun tərəfindən bu qanunsuz hərəkətlərə bilərək göz yumulur. Bu məqamda Qala sakinlərinin icra başçısı Gülağa İslamovla bağlı iddiaları özünü doğrultmuş olur. Çünki biz həmin ərazidə çəkiliş aparan zaman sakinlər bildirmişdi ki, sözügedən ərazi Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov tərəfindən hasarlatdırılıb və yerində pivə istehsalı zavodu tikiləcək. Doğrusu, həmin vaxtı biz buna inanmaq istəməmişdik. Ona görə də Xəzər rayon İcra Hakimiyyətinin məsələyə mövqe bildirməsini gözlədik. Lakin Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi elektron sorğumuza cavab versə də, Xəzər rayon İcra Hakimiyyətindən hələ də heç bir cavab yoxdur. Bəs bu susqunluq nə qədər davam edəcək? olke.az






Xəbərin oxunma sayı : 439




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap