Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İcra başçısı saxta sənəd verdi: sahibkar 700 min ziyana düşdü - Xətaidə qarşıdurma/ FOTO

Tarix 24.02.17, 6:45

Font ölçüsü : - / +
bitmap-img6


İCRA HAKİMIYYƏTİNİN SAXTA SƏRƏNCAM VERMƏSİ SAHİBKARI 700 MİN DOLLAR ZİYANA SALIB .

Dünən axşam saatlarında Xətai rayonu M.Hadi küçəsində "Azərsu” əməkdaşları ilə sakinlər arasında insident baş verib.

AzFakt.com xəbər verir ki, insidentə səbəb qurumun əməkdaşlarının qeyd olunan ünvanda tikilən qeyri-yaşayış obyektini sökmək istəməsi olub. Məlum olub ki, obyektin altından böyük ölçülü su borusu keçir, buna görə də tikinti dərhal sökülməlidir. Obyekt sahibi Cəlilov Əli Fəxrəddin oğlu isə tikinti üçün İcra Hakimiyyətinin sərəncam verdiyini və  bütün aidiyyəti qurumlardan icazə aldığını bildirib: "İki ildir burada tikintiyə başlamışam. Hər dəfə bir qurum gəlib, tikintini dayandırıb, sökdürüb. Nə tələb olunubsa, onu etmişəm, nə sənəd istəyiblər düzəltmişəm. Axırda da İcra başçısının sərəncamını almışam. Bu iki il ərzində obyektə 700 min dollar pul xərcləmişik. Amma bu gün həmin obyekti 500 min manata satmaq mümkün deyil. Dövlət qurumlarının qanunsuz müdaxilələri bizim külli miqdarda pul itirməyimizə gətirib çıxarıb. Bütün orqanlardan razılıq alandan sonra indi gəlib "Azərsu” deyir ki, guya, bu obyektin altından böyük su borusu keçir. Ay qardaş, bunu mən hardan bilə bilərəm? Əgər belə bir şey olsaydı, FHN icazə verməzdi, icra başçısı Razim Məmmədov tikintiyə sərəncam imzalamazdı. İkinci, əgər belə bir hal var idisə, bu iki il ərzində niyə gəlib xəbərdar etməmisiniz? Gözləyirdiniz ki, mən bu qədər pul töküm sonra gəlib sökəsiz?”

Obyekt sahibi "Azərsu” əməkdaşlarından məhkəmə sənədi tələb edib. Lakin məlum olub ki, belə bir sənəd yoxdur. 

"Tikintinin hansı əsasla söküldüyü və niyə məhkəmə qərarı olmadan həyata keçirilir” sualına - sökünütünü aparan "Azərsu” işçi qrupunun özünü təqdim etməyən rəhbəri ``biz heç nə bilmirik, əmri icra edirik və başqa məlumat verə bilmərik`` cavabını verib.

"Tikintiyə başlanan zaman niyə xəbərdarlıq etməmisiniz” sualına isə cavabı belə olub:  ``O bizim problem deyil``.

Hazırda tikinti dayandırılıb, lakin obyekt sahibi söküntünün başlamasına icazə vermir...




milletinsesi.az




Xəbərin oxunma sayı : 868




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap