Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İcra başçısının adı sensasion dələduzluq işində hallandı – Ayaz Mütəllibovun sabiq mətbuat katibi hakim qarşısına çıxarıldı

Tarix 25.07.17, 21:15

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Teylor Fətişoğlunun (İbrahimov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs ifadə verib.

Zərərçəkmiş Rafiq Hətəmov deyib ki, Su İdarəsinə rəis vəzifəsinə düzəlmək adı ilə T. İbrahimova 48 min manat məbləğində pul verib: "Hətta Bakıda ev almaq üçün qardaşım Novruz Hətəmov 6 min manat pul verib. Biz Teylora ona görə inanmışıq ki, onun icra başçısı ilə yaxın münasibəti vardı. Düşünürdük ki, onun əli ilə işə düzəldəcək".

Zərərçəkmiş şəxs T. İbrahimovun onu aldatması ilə bağlı Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun qəbulunda olduğunu deyib: "Başçı mənə dedi ki, Teylora vaxt ver, sənin pulunu qaytaracaq".

Təqsirləndirilən T. İbrahimov isə borcun 43 min manat məbləğində olduğunu deyib. O, pulun 40 min manatını Ağdam rayon icra hakimiyyətinin sabiq başçısı Raqub Məmmədova verildiyini deyib.

Qeyd edək ki, T. İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Digər zərərçəkmiş Zaur Məmmədova isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.

O, 20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaq günahkar bildirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

T. İbrahimov eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub/APA.



Xəbərin oxunma sayı : 340




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap