Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İcra başçısının adı torpaq qalmaqalında -İddia

Tarix 13.10.17, 7:06

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın ərazi bütövıüyünü müdafiə edərkən şəhid olan Elşad Fazil oğlu Məmmədovun ailəsinin İsmayıllı rayon Topçu kəndində yaşadığı evə qaz xəttinin çəkilməməsi ilə bağlı şəhid ailəsinin şikayəti əsasında hazırlanmış məqalənin işıq üzü görməsindən çox keçsə də, problem həll olunmamış qalır.

Əvəzində isə bəzi məmur müdafiəçilərinin hücumuna məruz qaldıq və bizi şəhid ailəsinin adından istifadə etməkdə ittiham etdilər. Məmur müdafiəçilərinin əsas arqumenti ondan ibarət oldu ki, qaz çəkilişinə İcra Hakimiyyəti məsul deyil. Ancaq bu məmur müdafiəçiləri bilmirlər ki, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri də şəhid ailəsinin evinə qaz xəttinin çəkilişi üçün yerli icra orqanlarının lazımlı sənədlərin hazırlanması üçün heç bir fəaliyyət göstərmirlər.

Gürcüstanda erməni kilsələrini pulsuz qazla təmin edən bir qurumun, tabeçiliyində olan “Azəriqaz” İstehsalat Birliyinin şəhid ailəsinin evinə qaz xəttinin çəkilməsini hansısa səndlərə bağlaması bağışlanan münasibət deyil. Ancaq özünü prezidentin səlahiyyətli nümayəndəsi hesab olunan şəxsin, İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovun münasibəti də heç bir məntiqə sığmır. Onun müdafiəçilərinə cavabımızda vəd etmişdik ki, İsmayıllı rayonun məmurların bəzi əməllərini sənədlər əsasında ifşa edəcəyik. İndi isə həmin vədimizə sadiq qalaraq əldə etdiyimiz məlumatı oxucularımızla paylaşırıq.

AzToday.az-da İsmayıllı rayon icra başçısı Mirdamət Sadıqovun doğulduğu kəndin, Lahıc qəsəbəsinin giriş hissəsində 20 hektar torpaq sahəsinin hasarlatdığı haqqında məlumat vermişdik. Bu məlumat da şübhə altına alınırdı. İndi isə əldə etdiyimiz bəzi sənədlər bu məlumata aydınlıq gətirmək baxımından çox önəmli saıla bilər. Həmin sənədlərin birində icra başçısı Mirdamət Sadıqovun anası Sadıqova Fatma Orucalı qızının adına Lahıc qəsəbəsi ərazsində 0.16 hektar torpaq sahəsinin olduğu göstərilir. Qəsəbədə torpaqları olan şəxslərin siaysısında adı 101-ci şəxs kimi qeyd edilən Fatma Sadıqovanın 0.14 hektar torpaq olmasını təsdiq edən sənədin üzərində İcra Hakimiyyətinin Lahıc nümyəndəsi F.Haqverdiyevin imzası və möhürü, Lahıc Bələdiyyəsinin sədri M.Ağabalıyevin imzası və möhürü var.

İddialara görə, əslində bundan əvvəl Fatma Sadıqovanın adına cəmi 0.08 hektar torpaq olub. Ancaq Mirdamət Sadıqov icra başçısı olduqdaan sonra bu 0.14 hektara çatdırılıb. Bu iddianı təsdiq etmək üçün sənədlərə malik olmasaq da, həmin 0.14 hektarın 0.24 hektara çatdırıldığın təsdiq edən sənədlər var. Buna şübhə edənlər isə aidiyyatı qurumlara sorğu verib, həqiqəti üzə çıxara bilərlər. Həmin genişlənmə əməliyyatının icra başçısından xəbərsiz baş verməsinə isə inanmaq mümkün deyil.

Bu barədə AzToday.az-a verilən məlumatda bildirilir ki, Lahıç qəsəbəsinin başlanğacında hasarlanmış böyük ərazi də məhz həmin 0.24 hektar sahəni də əhatə edir. Həmin hasarlanmış əraznin sənəd üzərində mövcud olmadığı güman edilir. Hasarlanmış həmin ərazinin dəqiq nə qədər sahəni əhatə etdiyiniz tam bilinməsə də, bəzi şəxslər 20 hektar ərazi olduğunu iddia edir. Sənədlər əsasında əvvəlcə 0.14, sonra isə 0.24 hektara çatdırılan ərazinin Fatma xanımın vəfatından sonra oğlu Mirdamət Sadıqovun adına keçdiyi ilə bağlı da hələlik təsdiqləyə bilmədiyimiz məlumat var. İsmayıllıda torpaq alqı-satqısı ilə məşğul olan şəxslərdən Lahıc qəsəbəsinin tarixi abidələrinin çox yaxınlığında yerləşən ərazidə torpağın bir sotunun qiymətinin 3-5 min manat arası olduğunu bildirirlər. Ancaq torpaq tapmağın özü bir problemdir.

İcra başçısının oğlu Emin Sadıqovun İsmayıllı rayonunda torpaq sahəsi ilə müdhiş əməliyyatını da bizi izləməklə yaxın günlərdə xəbər tutacaqsınız.





***

İsmayıllı İcra Hakimiyyəti dərc etdiyimiz yazı ilə bağlı saytımızın elektron poçtuna münasibət göndərib.
İcra Hakimiyyətinin mövqeyini olduğu kimi təqdim edirik:

“Sizin, “İcra başçısı mərhum anasının adına olan torpaq sahəsini necə genişləndirib?” başlığlı yazınız ilə tanış olduq. Yazı ilə əlaqədar bildirmək istəyirik ki, yazıda qeyd olunanlar həqiqətə uyğun deyildir. Lahıc qəsəbəsində 1999-cu ildə islahat komissiyasının qərarı ilə mərhum Sadıqova Fatma Orucalı qızının adına 0.14 ha torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsi həmin ölçüdə də qalır. Lahıc qəsəbəsinin ümumi sahəsinin çox az olduğunu nəzərə alsaq orda 20 hektar sahənin hasarlanması isə tamamı ilə həqiqətdən uzaqdır”.





Xəbərin oxunma sayı : 982




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap