Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İcra başçısının fəhlə kimi işlətdiyi tibb işçiləri… – Birinin vəziyyəti ağırlaşdı

Tarix 26.09.17, 14:52

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 19-da Biləsuvarda avtobus qəzasına düşən tibb işçilərindən birinin vəziyyəti ağırlaşıb.

BakuPost.az xəbər verir ki, o təcili olaraq Bakıya gətirilib Xəsarət alan digər 21 nəfərdən isə 15-i evə buraxılıb. 6 nəfər hazırda Biləsuvar Rayon Mərkəzi xəstəxanasında müalicə olunur.

Xatırladaq ki, 19 sentyabrda Biləsuvar rayon Nəsimi kənd ərazisində avtobusun kanala düşməsi nəticəsində 22 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Məlum olub ki, xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının və rayondakı poliklinikanın xadimələridır. Həmin vaxt məlumat yayıldı ki, tibb işçiləri məcburi surətdə rayon icra başçısı Mahir Quliyevin Aqropark adlanan ərazidəki pambıq sahəsində işləmək üçün aparılıbmış. Amma sonradan qəzaya düşənlərin xəstəxana işçiləri olması gizlədildi, onlar “fəhlə” kimi təqdim edildi.

Lakin bir gün sonra Modern.az-ın Səhiyyə Nazirliyinə ünvanlandığı sorğuda işin əsli müəyyən qədər ortaya çıxdı. Sorğusuna cavab olaraq bildirildi ki, qəza zamanı 3 tibb işçisi xəsarət alıb:

“Onlar Biləsuvar Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər üçü xanımdır, hazırda vəziyyətləri stabildir. Yaxın günlərdə evə buraxılacaqlar”.

Tibb işçilərinin hansı səbəbdən pambıq yığımına aparıldığına gəlincə, “nazirlikdə bu barədə məlumat yoxdur”, -deyə bildiriblər.




Xəbərin oxunma sayı : 349




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap