Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İcra başçısının kürəkəni deputat seçkisinə hazırlaşır? - Açıqlama

Tarix 19.11.18, 22:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda 11 aprel prezident seçkilərindən sonra Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılmasında Milli Məclisin bəzi üzvlərinin təyinat alması deputatların sayının azalmasına səbəb olub.

Dövlət başçısının sərəncamına əsasən, 4 deputat Nazirlər Kabinetinin strukturuna daxil olan mərkəzi icra hakimiyyəti orqanına rəhbər təyin olunduqdan sonra Milli Məclis üzvlərinin sayında azalma olduğuna görə ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə məlumatlar dolaşmaqdadır. 

 

YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə açıqlama verərək bunun üçün mövcud konstitutsiyaya dəyişiklik edilməsinin vacib olduğunu qeyd edib. 
 
Ancaq digər siyasi yetkililərin mediaya verdiyi açıqlamadan da görünür ki, ölkədə növbədənkənar parlament keçirilməsi haqqında siyasi qərarın verilməsi an məsələsidir. 
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə parlamentin formalaşacaq bu dəfəki üzvlərinin arasında iqtisadçılar üstünlük təşkil edəcək.
 
Saytımızın əldə etdiyi digər məlumat isə olduqca maraqlıdır. 
 
Məlumata görə keçirilməsi ehtimal olunan növbədənkənar parlament seçkilərinə müəyyən yerlərdə hazırlıqlar aparılmaqdadır. "Seçki hazırlıqları" görülən dairələrdən biri isə 86 saylı İsmayıllı seçki dairəsidir. 
 


Məlumata görə bu dairədən namizədliyini deputatlığa irəli sürəcək şəxslərdən biri İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun kürəkəni Zaur Məmmədovun olacağı ehtimal edilir.
 
Xəbəri dəqiqləşdirmək üçün İsmayıllı rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən saytımıza verilən açıqlamada yayılan xəbərlərin həqiqət olmadığı bildirilir.



Qeyd edək ki, Zaur Məmmədov sabiq Vergilər naziri Fazil Məmmədovun yaxın kadrların olub, uzun illər vergilər nazirliyinin sistemində çalışıb. Fazil Məmmədov nazir vəzifəsindən azad edildikdən sonra o da vəzifəsindən azad edilib. 
 
Zaur Məmmədovun iqtisadi biliklərinin yüksək olduğu deyilir. 



Xatırladaq ki, hazırda 86 saylı İsmayıllı seçki dairəsini Milli Məclisdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov təmsil edir.




Xəbərin oxunma sayı : 481




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap