“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İcra başçısının qardaşı oğlu oğurluğa görə həbs edildi (YENİLƏNİB)

Tarix 02.11.19, 18:21

Font ölçüsü : - / +
bitmap-img6


Saxlanılan Cəbrayılov Səməd Surxay oğlu Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı oğludur. 

AzFakt.com xəbər verir ki, bu barədə unikal.org məlumat yayıb.

Mehdi Səlimzadə Göyçaya icra başçısı vəzifəsinə təyin olunana qədər Səməd Cəbrayılovu Göyçayda hamı qəssab kimi tanıyıb. Əmisinin icra başçısı təyinatından sonra Səməd Cəbrayılov Göyçay Gənclər Mərkəzinin müdiri sonra isə İcra hakimiyyətinin kadrlar şöbəsinə müdir vəzifəsinə gətirilib. 

16:18
 
Göyçay rayonunda oğurluq etməkdə şübhəli bilinən keçmiş dövlət məmuru həbs edilib.

Göyçay rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İran vətəndaşına və onun Bakıda yaşayan iş ortağı Məmməd Əliyevə məxsus təsərrüfatdan oğurluq edən Göyçay Gənclər Mərkəzinin keçmiş rəhbəri və Göyçay rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Cəbrayılov Səməd Surxay oğlu şübhəli şəxs qismində saxlanılıb. Sahibkar polis şöbəsinə müraciət edərək, rayonun Mirzəhüseynli və Şəhadət kəndləri ərazisində icarəyə götürdüyü torpaq sahəsində taxıl, çəltik və yonca əkini ilə məşğul olduğunu və ona məxsus təsərrüfata qanunsuz daxil olmaqla böyük həcmli "Generator su pompası" və "Taxta konstruksiya tipli ev"in oğurlandığını bildirib. Nəticədə İran vətəndaşına və onun iş ortağı olan Məmməd Əliyevə 8 min 500 manat maddi ziyan vurulub.

Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Cəbrayılov Səməd Surxay oğlu saxlanılıb və onun barəsində Göyçay rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Faktla bağlı araşdırma və istintaq tədbirləri davam etdirilir.



Xəbərin oxunma sayı : 1024




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap