|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
İcra başçısına açıq məktub – “Belə laqeydliyi hardan əxz etmisiniz?”
Tarix 24.07.17, 19:48 |
|
Mənzil tikintisilə məşğul olan şirkətlərin əhalini aldatması haqda çox yazılıb. Əhalinin mənzilə olan tələbatından istifadə edən fırıldaqçılar cəlbedici vədlər verməklə insanları tora salır, onların minbir əziyyətlə ev üçün yığdıqları pulları əllərindən çıxarırlar. Bəzən isə vətəndaşları ala bilmədikləri evlərə görə banklara borclu salırlar. Şirkətlərin fırıldaq sxemləri isə, təxminən eynidir.
Bəziləri mənzillərin pulunun böyük hissəsini əvvəlcədən aldıqları halda binanı yarımçıq qoyaraq “aradan çıxıblar”, bəzləri eyni mənzili bir neçə şəxsə sataraq, 100-lərlə ailəni üz-üzə qoyublar, bəziləri də vədlərinin əksinə olaraq, illər uzunu binanın tikintisini başa çatdırmayaraq, əlavə pul yığmaqla məşğul olur, ya da yarımçıq təhvil verirlər. Fırıldaqçıların toruna düşən insanların şikayətləri isə bir çox hallarda onların haqqının özünə qaytarılmasına səbəb olmur. Ən yaxşı halda tikinti şirkətləri sahiblərinin əvvəlcədən “qurbanlıq” seçərək, şirkətin icraçı direktoru vəzifəsinə qoyduğu “peşkalar” həbsə atılır. Onu da bir müddətən sonra “üçdə ikiyə”, “üçdə birə” salaraq azadlığa çıxarırlar. Zərbə sadə vətəndaşa dəyir. İllər uzunu vəzifəli şəxslərin qapılarında “bəlkə köməyi oldu” deyə növbə çəkirlər.
Belə kömək axtaran şəxslərdən bir qrupu “AzPolitika.info” saytı vasitəsilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya Açıq Məktub ünvanlayıb. 60 nəfər bina sakini tərəfindən yazılan və “Kristal M.V.U” MMC-nin “toruna düşən” 200 vətəndaşın dərdini ifadə edən həmin məktubu qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:
“Binanı ala-yarımçıq qoyaraq aradan çıxıblar…”
“Hörmətli İradə xanım!
Biz, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 1 saylı çoxmərtəbəli yaşayış binasının sakinləri, artıq illərdir ki, cinayətkar “Kristal M.V.U” MMC-nin sahiblərinin qurduqları “tələyə düşərək”, olan-qalan pullarımızı müqavilə əsasında onların hesabına keçirmişik. Müqavilənin şərtlərinə görə, bina artıq 5 il bundan qabaq təhvil verilməli, biz də mənzillərimizi təmir edərək, məskunlaşmalı idik. Təəssüf ki, həmin qrup binanı ala-yarımçıq qoyaraq, aradan çıxıb. Biz də, yaşamağa digər yerimiz olmadığından, mənzillərimizi təmir edərək, burda yaşamağa məcbur edilmişik.
Bina rəsmi təhvil alınmadığından, heç kəs, təbii ki, öz mənzlinin hüquqi sahibinə çevrilə bilmir. Buna müvafiq olaraq qaz da çəkilməyib. Binanın ikinci liftinin yeri qoyulsa da, hələ quraşdırılmayıb. Yeganə olan liftlə vətəndaşlar zorən ağır yük qaldıranda, onların təyin etdiyi əlahəzrət komendant dərhal peyda olaraq “bac” tələb edir. Bu, binadan xeyli sonra özülü qoyulan yanaşı göydələnlərin hamısının qarşısı asfaltlanmışdır. Lakin bizim bina və onunla üzbəüz olan, məlum dələduzların tikdikləri (…!?) binaların hər ikisinin qarşısı, bəlağətsiz olaraq, yanaşı gözəlliklərin ortasında zibilliyi xatırladır. Təkrar edirik: hər iki bina, digərlərindən əvvəl tikilməyə başlanıb.
“Mərkəzi sayğac “borc “istehsal etməklə məşğuldur”
Əziz, İradə xanım!
Biz sakinlər, yuxarıda sadalanan qüsurlara bir təhər duruş gətirərək, necə deyərlər, kasıbçılığımızı davam etdirərdik. Amma işıq məsələsində bizə yaşadılan təşbehsiz faciələr, artıq zəncirlərin qırılmasına səbəb oldu. Bina təhvil verilmədiyindən,”Azərişıq”ın yerli idarəsi ilə vətəndaşlar birbaşa müqavilə bağlamaq imkanından məhrumdurlar. Deməli, işıq müqaviləsi yalnız “Kristal -M.V.U” MMC ilə bağlanmalıdır. Vətəndaşların hər birinə aid sayğacların olmasına baxmayaraq, mərkəzi sayğacın göstəricisi yerli işıq idarəsi tərəfindən yeganə hesablaşma mənbəyi kimi qəbul olunmuşdur. Bu sayğac isə, hətta vətəndaşlar öz şəxsi sayğacları ilə ödənişləri intizamla yerinə yetirdikləri halda da, “borc “istehsal etməklə məşğuldur. Beləliklə, paradoksal vəziyyət əmələ gəlmişdir: sakinlərin az bir qisminin (bu, hər yerdə adi haldır) cüzi borcları olmasına baxmayaraq, işıq idarəsi artıq bir ildən çoxdur ki, bütün pulu tam ödəyənləri də, həbs düşərgələrində olduğu kimi, “hamı bir nəfərə görə” prinsipi ilə cəzalandıraraq, günün doxsan faizi işıqsız qoyur.
60 ailə başcısı, dəfələrlə sizə və yerli işıq idarəsinə ardıcıl şikayətlər etsək də, qulaqardına vurulmuşdur. Sakinlər icra hakimiyyətinin binasına ümid məbədgahı kimi baxdıqları halda, oradan mənzillərinə dönərək, qışın soyuğunda körpələrinin donmasına, yemək bişirməyə belə ciblərinin pulunu ödədikləri işığın verilməməsinə Sizin soyuqqanlılığınız onları dəhşətə gətirmişdir.
Onlar, axı Sizdən nə istəyirdilər? Yeganə tələbləri o idi ki, fırıldaqçı qrupun ucbatından 19-cu əsr həyat tərzinə yuvarlanmış iki yüzdən çox ölkə əhalisinin (məntiqlə desək, bir kəndin) haqlı şikayətinə niyə reaksiya vermirsiniz? Yerli işıq idarəsi rəhbərinin əhalinin ajiotajına rəğmən – mən qanundan kənara çıxa bilmərəm – deyə camaata sitəm etməsinə necə haqq qazandırırdınız? Niyə bilməyiniz vacib olduğu halda, bilmirdiniz ki, həmin “qanun” deyən Nemət (İşıq İdarəsinin rəisi-red), bəzən sakinlərdən xəlvət iyirmi-otuz manat alan kimi, həmin əlahəzrət “qanun”u pozmalı olurdu? İnsanları qul psixologiyası səviyyəsinə zorən düşürmək, əcəba hardan qaynaqlanır?
“Prezident Administrasiyasından Sizə zəng olundu…”
Nəhayət, dalğa şişdi. 40 nəfər ailə nümayəndələri cənab Prezidentə şikayət məktubu ünvanladılar. Məktubun ardınca da, qırx nəfərlik heyət Prezident Administrasiyasının binasına qəbula getdilər. Orada nümayəndə heyətinin tərkibindən üç nəfər seçilərək, cənab Prezident adından dinlənildi. Elə nümayəndələrin yanında Sizin iqamətgahınıza zəng olundu. Və biz sakinlərə sizin şəxsi qəbulunuzda olmaqla, məsələnin fundamental həll olunacağı bildirildi. Və qırx nəfərlik fəqir geri dönərək, Abşeron rayon İcra Hakimiyyəti binası qarşısında toplaşdıq. Polis işciləri Prezident Administrasiyası qarşısında bizi yüksək nəzakətlə yerləşdirmişdilər Ancaq Sizin əyləşdiyiniz iqamətgahın qarşısında bizə elə təpki göstərildi ki, sanki binaya düşmən qüvvələri daxil olurdular. Nəhayət, Siz xidməti avtomobillə gəldiniz və məlum bina sakinlərinin arasından keçmək məcburiyətində qaldınız. Ən dəhşətlisi də elə bu idi ki, avtomobildən düşərək, camaata qıyqacı baxaraq, tələsik binanın foyesinə keçdiniz .Yəni, ən yaxşı halda, onlarla elə kücədə – rəhmətlik Heydər Əliyev sayağı, soyuqqanlı halda rəhmətliyin iri şəkli asılmış otağınızda onlardan bir neçəsini qəbul etməyi özünüzə rəva bilmədiniz. Biz ki, Prezident Administrasiyasından qırx nəfərlə sizə dönmüşdük! Belə, laqeydliyi hardan əxz etmisiniz? Cənab prezident İlham Əliyevlə yanaşı şəklinizdə bu qədər məsum görünməyimiz, bəyəm məşq olunmuş süni görüntü imiş?
“Əgər, icra hakimiyyəti başcısı sahibkarların işinə qarışmırsa”
Hörmətli İradə xanım!
Sakinlər Sizin bu demarşınızdan şok effekti alaraq, yenidən, elə həmin anda Prezident Administrasiyasının qarşısına qayıtdılar. Siz bunu bilərək, insan kütləsinin geri dönüşü üçün cəhd belə etmədiniz. Bəs, cənab Prezidentlə şəkildəki məsum və gözlərindən xalqa qayğı tökülən İradə xanım necə belə edə bilərdi?
Ən nəhayətdə, təkrar Sizə dönüş məsləhət bilindi. Axı, başqa cür necə ola bilər? Prezident cənablarının Abşeron rayonunun əhalisinin problemlərinin həlli üçün sərəncam verdiyi nümayəndəsi Sizsiniz! Sizin, yenə bizi qəbul etməyi özünüzə sığışdırmayacaq dərəcədə imkansızlığınıza öyrəncəli olduğumuzdan, müavininiz İlham müəllimin qəbuluna da şükür etdik. Düzdür, o kişi qəbula binanı tikən (…..) sahibkarları da dəvət etmişdi, onları danladı da. Amma, onlar yalandan söz verib qaçdılar. Qısası,”qalocka” qoyuldu ki, tədbir görüldü. Hələ, bizə şablonun apogeyi səviyyəsində məktub da göndərildi. Bununla da, vətəndaşların ərizə və şikayətlərinə baxılması barədə Prezident cənablarının çoxsaylı tapşırıqlarına əməl olunması fonu yaradıldı…
İlham müəllim həmin mərasimdə, təbii ki, Sizin adınızdan söz edərək, bildirdi ki, İcra Hakimiyyəti sahibkarların işinə qarışa bilməz. Belə anlaşıldı ki, qarışa bilməz, amma daha Prezident Administrasiyasının deyiblər də – aşıq Şakir demiş “neynək, a dərdin aldığım?”
Hörmətli İradə xanım!
Əgər, icra hakimiyyəti başcısı sahibkarların işinə qarışmırsa, onda, gəlin gözlərimizi yumaraq, bir anda Allah adına, insan əliylə yazılan şablonlardan kənar suallanaq?! Xırdalanda çoxmərtəbəli bina tikmək ücün sahibkarlar müraciəti kimə edirlər? Həmin müracətin müsbət həllinin şəffaflıq əmsalını ölcən cihaz varmı? Təkrar edirik – Allahın adına düzün deyin!
Elə isə, bəzi yaramaz adamlara verdiyiniz icazənin arxasında niyə məcburiyyət tədbirləri dayanmır?Necə olur ki, tikintiyə sərəncam veriləndə əlahəzrət tumarlanmasa olmur, təbəəyə zülm olanda isə “qırdım-qaçdım” olur?
Biz, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 1 saylı çoxmərtəbəli binanın sakinləri olan iki yüz nəfər insan adından Sizə müraciət edirik : XXI əsrdə, neft-qaz ölkəsində əhalini işıqsız qalmağa zorlamaq qədər soyuqanlı olmaq həm cənab Prezidentin tapşırıqlarına qarşı çıxmaqdı, həm də uca Allahın dərgahında günahdır”.
İcra Hakimiyyətinin cavabı: “Məhkəməyə müraciət etsinlər”
Məktubda səslənən iradlarla bağlı Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Quliyev redaksiyamızla əlaqə saxladı. Bildirdi ki, həmin binanın sakinləri Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin rəisi, eyni zamanda MTK-nın təmsilçiləri ilə birlikdə qəbul edilib:“Həmin dövrdə bunların işıqları borca görə tez-tez kəsilirdi. MTK nümayədələri ilə gedərək həmin borcun məbləği müəyyənləşdirildi və ödənildi. Ondan sonra işıq problemi həllini tapdı. Hazırda onların problemi fərdi sayğacların quraşdırılması ilə bağlıdır. Biz o məsələni də araşdırdıq. Belədir ki, MTK rəhbərliyi “Azərişıq”dan Texnikl Şərt almalıdır. Həmin Texnikl Şərtin tələbləri ödəndikdən sonra vətəndaşların mənzillərinə MTK tərəfindən sayğaclar quraşdırıla bilər. Burada İcra Hakimiyyəti ilə bağlı heç bir problem yoxdur. Biz fərdi sayğacların qoyulmamasının səbəbini də araşdırdıq. Məlum oldu ki, MTK rəhbərliyi hələ “Azərenerji”nin dövründə Texniki Şərt götürüb, ancaq əməl etməyib. Buna görə də, belə problem yaranıb. Yəni, bu İcra Hakimiyyəti ilə bağlı bir problem deyil. Buna baxmayaraq, biz onların qarşısında tələb qoymuşuq ki, Texnikl Şərtin tələblərinə əməl edin və vətəndaşların mənzillərini sayğacla təmin edin. Yəni, bunun İcra Hakimiyyəti ilə əlaqələndirilməsi doğru deyil. Həmin vətəndaşlar MTK ilə müqavilə bağlayıb. Əgər MTK tərəfindən onların hüquqları pozulursa, öhdəliklərə əməl olunmursa, məhkəməyə müraciət etsinlər”.
İlham Quluyev bildirdi ki, İcra Hakimiyyəti öz üzərinə düşən vəzifəni yerinə yetirib: “Tərəfləri bir yerdə qəbul edərək, problemi onların diqqətinə çatdırmışıq. MTK rəhbərliyindən də problemin həlli tələb olunub. Eyni zamanda İcra Hakimiyətinin lazımı köməklik göstərməyə hazır olduğu bildirilib.”
Rasim
Xəbərin oxunma sayı : 856
Gündəm
Xəbərlər
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
-
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
-
MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ
-
Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”
-
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
-
Bu halda Rusiyaya qalib gəlmək şansımız yoxdur - Zelenski
-
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
-
Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi
-
Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO
-
“Dövlətin yürütdüyü siyasətə güvənməliyik” - Ramin Əhmədov
-
Avropa Komissiyasının rəhbəri: “Rusiyaya görə hərbi büdcə xərclərimizi 20 faiz artırmışıq”
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq - Xəbərdarlıq
-
Sülhməramlıların Qarabağdan çıxmasının yeni görüntüləri – VİDEO
-
“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb - Kredit portfeli kiçilib
-
Azərbaycanda bu futbol oyununa külli miqdarda pul qoyulub - UEFA
-
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
-
Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq
-
Əri ilə boşanan qadın qızını başqa kişiyə təhvil verdi - İDDİA + FOTO
-
“16 milyon seçicinin səsverməyə getməməsi seçkinin nəticələrinə təsirsiz ötüşməyib“ - Ərdoğan
-
“Aİ-nin rəhbərliyi dəyişməlidir” - Viktor Orban
-
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
-
“Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın” - Əli Məsimlidən təklif
-
Azərbaycanda film kimi olay: Kişi evli ola-ola başqası ilə nigaha girib
-
“Hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib“ - Hikmət Hacıyev sülhməramlıların çıxarılmasından danışdı
-
Jurnalist Cəmil Məmmədliyə hökm oxundu - FOTO
-
Rusiya qoşunları Çerniqova raket zərbəsi endirib: Ölənlər və yaralananlar var
-
Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar
-
Sülhməramlılar Qarabağdan çıxır - Kreml təsdiqlədi
-
Yaşı 30-dan aşağı olan milyarderlər -Siyahı
-
Müştərilər “AFB Bank”dan pullarını geri götürür – Bank zərərlə işləyir
-
Sabah 28 dərəcə isti olacaq - Hava
-
Aşağı Güzdəkdə təhlükə: “Göl zəhərli ilanlar, vəhşi heyvanlarla doludur”
-
“İsrailin İrana ən kiçik hücumu belə olsa, şiddətli qarşıdurma yaşanacaq“ - İbrahim Rəisi
-
Rusiyanın üç hava limanında uçuşlar dayandırıldı - SƏBƏB
-
Deputat cərimələrin artırılmasını istəyir: “Cərimənin məbləği elədir ki...“
-
Bayden Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir - Con Kirbi
-
İlham Əliyev Kayrat Sarıbayı qəbul etdi - YENİLƏNİB
-
Azərbaycanda banklar son 3 ayda nə qədər pul qazanıblar? – Tam siyahı
-
Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - SİYAHI
-
Əsgəran avtomobil yolunun inşasına başlanıldı - FOTOLAR
-
Dövlət İnvestisiya Şirkəti pulları belə batırıb... - Hesablama Palatasının ŞOK HESABATI
-
Azərbaycan XİN Fransaya xəbərdarlıq etdi:“Heç bir nəticə verməyəcək”
-
Ermənistana məxsus kvadrokopter zərərsizləşdirildi - RƏSMİ
-
Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər
-
Nazir Baş İdarəyə rəis müavinini işdən çıxardı - Yerinə Şabanovu təyin etdi
-
Aytən Səfərova yol qəzasına düşüb – Ölən var
-
Bakıda görmə məhdudiyyətli şəxs evini kirayə verdi, bütün əşyaları oğurlandı - VİDEO
-
Sabiq deputat Hadı Rəcəbli vəfat edib - Burada dəfn olunacaq
-
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
-
Bakıda işıq dirəkləri oğurlanan, qaranlığa qərq olan yol - VİDEO
-
“Vaşinqton Ukraynanın effektiv müdafiə əməliyyatlarını aparmaq imkanını məhdudlaşdırır“ - ABŞ institutu
-
Bazarlarda satılan mövsümə uyğun olmayan meyvələrin qiymətləri - ARAŞDIRMA + VİDEO
-
“Qərb Ukraynada “Dəmir qübbə” sistemi yarada bilməz” - Borrel
-
Masallıda məktəb binası qəzalı vəziyyətdədir - VİDEO
-
Sevdanın geyimi tənqid olundu - Video
-
Ən yaxşı məşqçilərinin siyahısı açıqlandı:Qurbanovun reytinqi yüksəlib
-
Fransa Azərbaycandakı səfirini geri çağırdı
-
İranın öz simasını qorumaq əməliyyatı - VİDEO
-
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
-
Deputatlar toplanır - Gündəlikdə 14 məsələ var
-
Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb - Nələr müzakirə olunub?
-
Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” – Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?
-
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
-
Jurnalist övladları imtahanlarda neçə bal topladılar… - SİYAHI+FOTO
-
Azərbaycan İran və Türkmənistandan pomidor almağa başlayıb – 94 qəpiyə
-
DİN tərəfindən müsadirə edilmiş 2 ton narkotik məhv edilib - VİDEO
-
“Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb” - Ərdoğan
-
Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib - FOTOLAR
-
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng etdi - Müzakirə
-
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Azərbaycanda ən çox bu universitetin məzunları iş tapıblar - SİYAHI
-
“Mənzurə Mətanəti biabır etdi: “O, yaxşı şpaqat aça bilər...“ - VİDEO
-
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
-
Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
-
Azərbaycan Avropa Şurasına qayıdır... - Qərar qəbul edilib
-
Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək - Püşkatma keçirilib + FOTOLAR
-
Şirkətlər “Bank Respublika”dan 45 milyondan çox depoziti geri çəkiblər - Aktivləri isə azalıb
-
Buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb – SİYAHI
-
İki ayda 3456 boşanma: Ailələr niyə dağılır?
TOP 10
ARXİV