Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İcra başçısından prezidentə şikayət - Qubada qarşıdurma

Tarix 24.03.19, 23:40

Font ölçüsü : - / +
bitmap-img6


Quba rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli ilə icra başçısı Ziyəddin Əliyev arasında qarşıdurma yaranıb.

AzFakt.com xəbər verir ki, buna səbəb H. Günşlinin icra başçısı ilə bağlı ölkə prezidentinə şikayət etməsi olub. 

Belə ki, ö öz şikayətində icra başçısının vaxtilə Quba hadisələrinə görə həbs olunmuş şəxslərlə hazırda yaxın olmasından narahatlığını bildirib. 


Həmçinin, şikayətində icra başçısının idarəetməsi, iş adamlarına problem yaratması haqda şikayətlər də məktubunda yer alıb.

Bu məktubdan xəbər tutan Z. Əliyevin iştirakı ilə bir neçə gün əvvəl rayon Ağsaqqallar Şurasının iclası keçirilib. 

İclas zamanı H. Günəşlinin bu addımı tənqid olunub, ərizasini geri götürmək və şura sədrliyindən istefası tələb olunub.

Məsələ ilə bağlı H. Günəşli “Yeni Sabah”a açıqlama verib. O, belə bir hadisənin baş verdiyini, icra başçısının qanunsuz hərəkətləri ilə bağlı prezidentə müraciət etdiyini qeyd edib.

AŞ sədri icra başçısının tapşırığı ilə Ağsaqqallar Şurasının sədrliyindən kənarlaşdırıla biləcəyini də qeyd edib: 

“İlin axırında konfransımız olmalıdır, amma ola bilsin, növbədənkənar konfrans keçirilsin və məni uzaqlaşdırsınlar. O da o halda olacaq ki, konfransa kimi icra başçısı özü vəzifəsində qala bilsə...”.

H. Günəşli ölkə rəhbərliyindən onun müraciətinə hələlik heç bir cavab verilmədiyini qeyd edib. 

Xatırladaq ki, icra başçısı Ziyəddin Əliyev bir meddət əvvəl Avropada dəyəri milyonlarda dollarla ölçülən biznesi ilə gündəmə gəlmişdi.(Yeni Sabah)




Xəbərin oxunma sayı : 1279




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap