Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İcra başçısından rəhbər şəxslərə şok tələb

Tarix 24.05.17, 5:00

Font ölçüsü : - / +
bitmap-img6


Zakir Fərəcov məktəb direktorlarına, idarə-müəssisə rəhbərlərinə təmir-tikinti işləri tapşırıb

İki həftə əvvəl, cümə günü Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun sədirliyi ilə idarə-müəssisə və məktəb direktorlarının iclası keçirilib. İclasda ictirak edən müəssisə rəhbərlərindən birinin Bizimyol.info saytına verldiyi məlumata görə, icra başçısı onlara şəhərdə aparılan abadlıq-quruculuq işlərində fəal olmağa dəvət etdib. Z.Fərəcov iclas iştirakçılarına tapşırıb ki, sakini olduğu binanın blokunda, damında, habelə icra hakimiyyəti tərəfindən bölüşdürüləcək binalarda təmir-bərpa işləri aparsınlar.

Mənbənin məlumatına görə, icra başçısının belə bir göstəriş vermək səlahiyyəti və məktəb direktorlarının, idarə-müəssisə rəhbərlərinin yaşayış binasını təmir etmək vəzifəsi olmas da, iclasda narazılığını bildirən olmayıb.

Məktəb direktoru-natamam orta və ya orta məktəbin rəhbəri, məktəbdə təlim-tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır.

Mənbənin dedikləri ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Bu qurumdan “Bizim Yol”a bildiriib ki, bu məsələ ilə bağlı nazirliyə müraciət edilməyib. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev “Bizim Yol”a bildirilib ki, yerli icra hakimiyyətində belə bir iclas keçirilməyib və belə bir tapşırıq olmayıb.



Xəbərin oxunma sayı : 1828




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap