Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İcra hakimiyyəti şəhid ailələrinə bataqlıq verib

Tarix 14.09.17, 5:57

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhərində yaşayan bir qrup şəhid ailəsi onlara verilən torpaq sahələri ilə bağlı narazıdır.

AzFakt.com xəbər verir ki, bu haqda xeberle.com-a şəhid ailəsi üzvü Zaur Məmmədov deyib. Onun sözlərinə görə, bir neçə il öncə şəhid ailələrinin Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciətinə əsasən, onlara Sumqayıt şəhər Bələdiyəsi tərəfindən Yaşıldərə yaşayış massivinin 5 və 6-cı məhəllələrindən torpaq sahəsi verilib. Buna baxmayaraq, şəhid ailələrinin böyük bir qismi ərazinin bataqlıq və qamışlıqla dolu olduğuna görə orada nəinki ev tikə, heç yaxınlaşa da bilmirlər. Şikayətçinin sözlərinə görə, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılan torpaq sahəsindən istifadənin mümkün olmaması narazılıq yaradıb: “Bəlkə də 10 il öncə şəhid ailələrinə həmin torpaq sahəsi bir o qədər də vacib deyildi, ancaq artıq şəhid övladları böyüyüblər, ailə qurublar, onların mənzilə ehtiyacı yaranıb. Bizim istəyimiz odur ki, şəhər icra hakimiyyəti, bələdiyyə həmin əraziyə əl gəzdirsin, normal vəziyyətə gətirsin. Bununla şəhid ailələrinə dövlət tərəfindən göstərilən qayğı siyasətini davam etdirmiş olarlar”.

Sözügedən məsələylə bağlı sayt Sumqayıt şəhər Bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyədən verilən məlumata görə, bəzi ərazilərdə həmin bataqlıqlar qurudulub: “Bu iş davam edəcək. Bütün bu cür bataqlıq olan ərazilər qurudularaq tam olaraq istifadəyə yararlı vəziyyətə gətiriləcək. Bununla bağlı layihələndirmə işi aparılır”.



Xəbərin oxunma sayı : 346




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap