Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İcra Hakimiyyətindən iyrənc seçki saxtakarlığı - Müəllimlər İmamverdi İsmayılovun təbliğatına qoşulmağa məcbur edilir

Tarix 23.01.20, 11:39

Font ölçüsü : - / +
bitmap-img6


Qubadlı İcra Hakimiyyəti İmamverdi İsmayılovun məcburi təbliğatı ilə məşğuldur.

Sosial şəbəkədə yayılan məlumatlara görə dünən Sumqayıt şəhəri 11 mikrorayonda fəaliyyət göstərən Q. İlyasov adına 1 nömrəli Qubadlı şəhər tam orta məktəbin müəlimlərinə valideynləri məcburi şəkildə çağrılaraq İmamverdi İsmayılova səs verməklə bağlı tapşırıq verilib. Belə ki, Qubadlı İcra Hakimiyyətinin adamları məktəbə gələrək müəllimlərin (təqribən 30 müəllim - red.) hər birinə məcburi şəkildə 50 blank verilərək 9 fevralda səsverməyə gələcək valideynlərin siyahısını tərtib etməyi və onların seçki günü məntəqələrə gələrək səsvermədə iştirakını təmin etmək tapşırılıb. Məlumata görə, indidən sözügedən məktəbdə başlanan seçki saxtakarlığına etiraz edən müəllimlərdən birinə isə icra hakimiyyətinin işçiləri təzyiqlər ediblər və onu işdən çıxaracaqları ilə hədələyiblər.

Göründüyü kimi, İmamverdi İsmayılovun yenidən deputat olması üçün icra hakimiyyəti bütün inzabti resurslarını seçkinin kütləvi saxtalaşdırılmasına cəlb edib. Amma ölkədə azad və ədalətli seçki prosesinin gözdən salınmasına xidmət edən bu saxtalaşdırılma prosesinə müəllimlərin zorla cəlb olunması çox üzücüdür. Ümid edək ki, Təhsil Nazirliyi başda olmaqla müvafiq dövlət qurumları icra hakimiyyətinin seçki prosesinə müdaxilə olunmasına və müəllimlərin seçki saxtakarlığına məcburi cəlb edilməsinə biganə qalmayacaq. 1 saylı Qubadlı orta məktəbindəki vəziyyət nəzarətə götürüləcək.

Məlumata görə, icra strukturları yanvarın 17-dən başlayaraq İmamverdi İsmayılovun təbliğatına cəlb olunub. Qubadlı və zəngilanlılar isə İmamverdi İsmayılovun onları parlamentdə formal olaraq təmsil etdiklərini deyirlər. İmamverdi İsmayılovun deputat olduğu müddətdə seçicilərin problemlərini həlli istiqamətində heç bir iş görmədiyini bildirirlər.  Ona görə də seçicilər icra hakimiyyətinin onlara "müqəddəs İkona" kimi təqdim etdikləri İmamverdi İsmayılovun yenidən deputat olmasına qarşıdırlar...



Xəbərin oxunma sayı : 3802




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap