“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Düşmən bütün hərbi cinayətlərə görə cavab verəcək“ - İlham Əliyev və Mehriban Əliyeva Ağdam şəhərinə gedib + VİDEO

Tarix 23.11.20, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


“Sağda da düşmən tərəfindən dağıdılmış Azərbaycan vətəndaşlarının evləri. Bütün dünya görsün ki, vəhşi düşmən nə günə qoyub bizim kəndlərimizi.”

Bunu işğaldan azad edilən Ağdama səfər edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Birinci vitse-prezident Mehriban Əliyevanın “İnstagram” səhifəsində yaydığı videoda İlham Əliyev düşmənin müdafiə xəttini göstərərək, Azərbaycan vətəndaşlarının düşmən tərəfindən dağıdılmış evlərinə diqqət çəkib: “Hansı vəhşilərlə biz üz-üzəydik, hansı vəhşiləri biz məğlub etmişik. Bütün dünya bunu görməlidir. Bir dənə də salamat bina yoxdur, hamısını dağıdıblar.

Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Ağdam şəhərinə də biz jurnalistləri, o cümlədən xarici jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik. Qoy, gəlsinlər, görsünlər”.

“Baxın, müdafiə xətti. Ağdam şəhərinədək bir neçə ədəd müdafiə xətti var idi düşmənin"- deyə, Prezidenti İlham Əliyev Ağdam şəhərinə səfəri zamanı bildirib.

“Biz işğaldan azad edilmiş torpaqlara keçirik. İstiqamət Ağdam şəhəridir. Ağdam şəhərini və işğal altında olmuş Ağdam rayonunun torpaqlarını biz bir güllə atmadan azad etdik. Düşməni döyüş meydanında məğlub edərək məcbur etdik ki, Ağdam rayonundan çəkilsin”, - Prezident bildirib.


Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.

Bu barədə Mehriban Əliyevanın rəsmi instaqram səhifəsində məlumat verilib.










Xəbərin oxunma sayı : 1291




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap