![]() |
|














“Dünya ticarət tarixində belə rüsvayçılıq olmayıb” – Şok rəqəmlər
Tarix 11.06.19, 14:50 |
|

“Azərbaycan Dəmir Yollarının adının hallanmadığı qalmaqal qalmayıb. Bu Qapalı Səhmdar Cəmiyyətin yarıtmaz idarəçiliyi haqqında çox yazılar yazılıb, çox fikirlər deyilsə də, hələ ki, əməlli-başlı bir nəticə hasil olmayıb”
Bunu iqtisadçı Nemət Əliyev deyib.
O, bildirib ki, Kanadanın “Bombardier” Şirkəti ilə korrupsiya əlaqələrinə girərək Dünya Bankının Azərbaycan Dəmiryollarına ayırdığı milyonlarla maliyyə vəsaitlərinin qiymətləri süni şişirtmə yolu ilə “otkat” şəklində ələ keçirilməsinə dair mətbuat səhifələrini bürümüş qalmaqalın səsi-sorağı səngiməmiş növbəti bir rüsvayçılığın da üstü açılıb.
“2018-ci ildə Belarusdan 1 ədədi 3,533 milyon dollara satın alınan vaqonu Azərbaycan Dəmiryolları bu il elə həmin ölkədən 15,192 milyon dollara satın alıb. Vaqonun builki qiyməti ötənilki qiymətdən 4,3 dəfə baha və ya 11,659 milyon dollar çoxdur. Bəlkə də dünya ticarət tarixində bu dərəcədə rüsvayçılıq olmayıb”.
DSK-nın Dövlət Gömrük Komitəsinə istinadən yaydığı məlumatlarda bildirilir ki, 2019-cu ilin I rübündə Azərbaycan Belarusdan əmtəə nomenklatura kodu 8603 olan 2 ədəd vaqon gətirib və buna görə 30 milyon 384 min dollar xərclənib. Bir ədəd vaqon 15 milyon 192 min dollara başa gəlib. Başqa bir rəsmi məlumata görə isə nomenklatura kodu və adı eyni olan həmin vaqonun 1 ədədi 2018-ci ildə Belarusdan 3,533 milyon dollara satın alınıb (2018-ci ildə 8 ədəd vaqona 28 milyon 264 min dollar vəsait xərclənib).
“Təsəvvür edirsinizmi, 8 vaqona görə 28,264 milyon dollar, 2 vaqona görə 30,384 milyon dollar ödəniş edilib. Başqa sözlə desək, 8 vaqonun pulunun üstünə 2,1 milyon dollar da əlavə eləyib vur-tut 2 ədəd vaqon gətiriblər ölkəyə. Belə qaydada həyata keçirilən ticarət həm dövlət, həm də xalq adına böyük rəzalətdir. Bu rüsvayçılığa heç cür haqq qazandırmaq mümkün deyil”.
N. Əliyev qeyd edib ki, Belarusun rəsmi mənbələrinə istinadən apardığı araşdırmalar göstərir ki, Rusiya Federasiyası bu ilin I rübündə eyni əmtəə kodu və eyni adı olan vaqonun 3 ədədini Belarusdan 5,117 milyon dollara satın alıb. Baş tutmuş bu ticarət sövdələşməsində vaqonun bir ədədi Rusiya Federasiyasına 1,706 milyon dollara başa gəlib. Azərbaycan isə eyni vaqonu 15,192 milyon dollara satın alıb.
Polşa da 2019-cu ilin yanvar-mart dövründə həmin vaqonlardan 5 ədəd alıb və bu 5 vaqona görə Belarusa 8,495 milyon dollar ödəyib. Bu ticarət sövdələşməsində bir vaqon Polşaya 1,695 milyon dollara başa gəlib. Azərbaycan isə eyni adlı vaqona görə 15,192 milyon dollar ödəmə həyata keçirib.
“Aydın təsəvvür olunsun deyə, bu rəsmi məlumatları cədvəl şəklində düzək. Cədvəldən açıq şəkildə görünür ki, bu ilin I rübündə Azərbaycana satılan vaqonun qiyməti ilə digər ölkələrə satılan vaqonların qiymətləri arasında fantastik fərq var. Məlum olur ki, Rusiya və Polşanın Belarusdan orta hesabla 1,699 milyon dollara satın aldığı vaqonu Azərbaycan 9 dəfə baha qiymətə alıb. Qiymət fərqi bir vaqona görə 13,493 milyon dollar, 2 vaqona görə isə 26,986 milyon dollardır.
Bu fərq məbləğinə Rusiya və ya Polşa 16 ədəd əlavə vaqon ala bilərdi. Başqa sözlə, Azərbaycanın 2 vaqona xərclədiyi pula (30,384 milyon dollara) Rusiya və ya Polşa 18 vaqon satın ala bilərdi. Lakin, bu dərəcədə elementar arifmetikanı Azərbaycan tərəfdən ticarət sövdələşməsini həyata keçirən səlahiyyətlilərimiz apara, nəzərə ala bilməyib, yaxud da almaq istəməyib.
Burada çox yerinə düşən sual yaranır ki, axı Belarus Rusiya və Polşaya satdığı vaqonları Azərbaycana nədən 9 dəfə baha satıb? Bəlkə, bu fantastik qiymət fərqi Azərbaycan Dəmiryolları rəhbərliyinin diqqətindən yayınıb? Heç inandırıcı deyil. Bəs dövlətin maliyyə vəsaitlərinin bu dərəcədə ucuz yollarla havaya sovrulması Maliyyə Nazirliyinin niyə diqqətini cəlb etməyib? Hesablama Palatası haraya baxıb? Azərbaycan Dəmiryollarının həyata keçirdiyi satınalmalara gözucu baxmaq kifayət idi ki, bu böyüklükdə qiymət kənarlaşmasını dərhal sezə biləsən.
Məsələni dramatikləşdirən növbəti bir hal ondan ibarətdir ki, Belarus ilə Azərbaycan arasında həyata keçirilən vaqon ticarətində Azərbaycanın ziyanına kəskin qiymət fərqi yalnız 2019-cu ilin yanvar-mart dövründə deyil, əvvəlki illərdə də yaşanıb. 2018-ci ilin yanvar-dekabr dövründə Belarus Respublikası “əmtəə nomenklatura kodu 8603” olan 31 ədəd vaqon ixrac edib. Bir vaqonun orta ixrac satış qiyməti Belarus üzrə 1,149 milyon dollar olub. Buna baxmayaraq, 2018-ci ildə Azərbaycanın Belarusdan satın aldığı bir vaqonun qiyməti bu orta qiymətdən 3 dəfə baha olmaqla 3,533 milyon dollar təşkil edib. Nəticə çıxarmaq baxımından çox ibrətamizdir ki, Rusiya 2018-ci ildə Belarusdan satın aldığı vaqonun birinə 985,3 min dollar ödəyib. Azərbaycan eyni vaqona görə Rusiyanın ödədiyindən 3,6 dəfə çox pul sayıb.
Vaqonların orta ixrac satış qiyməti Belarus üzrə 2017-ci ildə 1,5 milyon dollar, 2016-cı ildə isə 2,4 milyon dollar olub. 2016-cı ildə Polşanın 2,0 milyon dollara, Gürcüstanın 2,8 milyon dollara, Rusiyanın isə 2,2 milyon dollara satın ala bildiyi vaqona Azərbaycan 3,4 milyon dollar xərcləyib.
Həm ölkələr, həm də illər üzrə aparılan təhlillərin ortaya çıxardığı bu rüsvayçı mənzərə süni qiymət şişirtmələri, israfçılıq, yeyinti, korrupsiya, tutduğu vəzifədən sui-istifadə və sairə hallar üzrə Azərbaycan Dəmiryollarının həyata keçirdiyi ticarət sövdələşmələrinin çox ciddi şəkildə yoxlanılmasını zərurətə çevirir.
Odur ki, Maliyyə Nazirliyi özünü doğrultmalı, Hesablama Palatası hərəkətə keçməlidir. Heç olmasa bu dəfə öz vəzifələrini icra etməli, havaya sovrulan milyonların büdcəyə qaytarılmasını təmin etməlidirlər. Çünki indiki zamanda həm dəmiryollarının, həm orada çalışan yüzlərlə insanların, həm də dövlət büdcəsinin itkiyə verilən o milyonlara ehtiyacı böyükdür. Nəzərə almaq vacibdir ki, Azərbaycan Dəmiryollarının xərclərinin, borclarının böyük hissəsi dövlət büdcəsi hesabına ödənilir. Dövlət büdcə vəsaitləri hesabına bu sahəyə iri həcmli investisiya yatırımları həyata keçirilib. Odur ki, burada kiməsə, hər hansı güzəşt olmamalıdır.
Doğrusu, Belarusun öz ticarət partnyorları arasında bu dərəcədə ayrı-seçkilik yaratmaq istəməsi heç inandırıcı deyil. Bu dərəcədə ayrı-seçkiliyin haraya aparıb çıxara biləcəyini peşəkar ticarətçilər daha yaxşı anlayarlar. Məntiqlə, vaqon ticarəti aparılarkən qiymətdə güzəşt olmalıydısa, bu güzəşt Azərbaycana edilməliydi.
Hələ bir neçə il bundan əvvəl Rusiyanın “Qazprom” şirkəti tərəfindən qaz təchizatının dayandırılacağı ilə təhdid olunarkən Belarus prezidenti Lukaşenkonun İlham Əliyevə zəng edərək ondan 900 milyon dollar borc istəməsini, yəqin ki, çoxları xatırlayır. Bir telefon zəngi ilə böyük məbləğdə borc verərək düşdüyü çətin vəziyyətdən çıxardığımız bir ölkənin digər partnyor ölkələr ilə müqayisədə Azərbaycana 9 dəfə baha qiymətlər tətbiq eləməsi heç inandırıcı deyil. Odur ki, Belarusla Azərbaycan arasında həyata keçirilən vaqon ticarətində gizli, qaranlıq məqamların olmasını inkar eləmək əsla mümkün deyil”.(yeni sabah)
Xəbərin oxunma sayı : 463
Sosial
Xəbərlər
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
TOP 10
ARXİV