Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Dünyanı idarə edən ailənin” ən yaşlı üzvü bazarları şərh etdi – “Narahatam”

Tarix 15.08.18, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


Dünya iqtisadiyyatına istiqamət verdiyi söylənən ailələrdən biri olan Rotşild ailəsinin ən yaşlı üzvü Yakob Rotşild (Jacob Rotschild) qlobal maliyyə sistemi ilə bağlı narahat olduğunu bildirib.

“Marja” xəbər verir ki, Dünyanı idarə edən ailələrdən biri olduğu tez-tez nəzəriyyəçilər tərəfindən dilə gətirilən, ABŞ Mərkəzi Bankının təsisçilərindən Rotşild ailəsinin ən yaşlı üzvü Yakob Rotşild qlobal maliyyə sistemi ilə bağlı narahat olduğunu deyib.

Yakob Rotşild, “11 Sentyabrda və 2008 maliyyə böhranında dünyanın bütün gücləri ümumi bir məqsəd üçün çalışdılar. Bu gün bir yerdə işləmək çox çətindir, bu, İkinci Dünya Müharibəsindən sonra qurulan iqtisadi sistemi təhlükəyə atır”,- deyib.

Rotşild bazarlarda 10 ildir ki, görülən “rallinin” (qiymətlərin yüksəlməsinin ) sona çata biləcəyini deyib.

Məşhur investor, “10 illik müsbət dövran sona çatır. Bu müddət bir rekorddur. Aşağı iqtisadi inkişaf rəqəmləri görürük. Faizlər yüksəlir. Fed dolların “kranını” bağlayır” deyib.

Rotşild dünya hökumətlərinin bir yerdə işləmək əzmini göstərməməsinin baş verən iqtisadi çətinlikləri artıracağını qeyd edib.

Rotşild ailəsi 18-ci əsrin sonlarından başlayaraq Avropanın müxtəlif mərkəzlərində banklar yaradan yəhudi mənşəli alman bir ailədir. Ailənin tarixin ən böyük sərvətini yığdığı iddia edilir.



Xəbərin oxunma sayı : 286




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap