Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO Röya da aktrisalıq edəcək - VİDEO Səmarının Dubay tətili - FOTOLAR Aygün Kazımova dərin sinə dekoltəsi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 18 İyun 2022

    Xalq artisti dərin sinə dekoltəsi ilə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 13 İyun 2022

    Röya da aktrisalıq edəcək - VİDEO

  • / Maqazin / — 12 İyun 2022

    Səmarının Dubay tətili - FOTOLAR

  • / Maqazin / — 04 İyun 2022

    Aygün Kazımova dərin sinə dekoltəsi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 22 May 2022

    Röya dərin yarıqlı geyimi ilə göz qamaşdırdı - FOTO

  • / Maqazin / — 16 May 2022

    Aygün Kazımovadan cazibədar paylaşım - FOTO

“Dünyanın 70-ə yaxın ölkəsində koronavirusa yoluxma artır“ - ÜST

Tarix 22.05.22, 22:53

Font ölçüsü : - / +
bitmap-img6


Dünyanın 70-ə yaxın ölkəsində koronavirusa yoluxma hallarının artması müşahidə olunur.

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə 75-ci Ümumdünya Səhiyyə Assambleyasında çıxışında deyib.

Qebreyesus bildirib ki, bu, koronavirus testinin qlobal azalması fonunda baş verir.

ÜST rəhbəri bütün dövlətləri əhalinin azı 70%-nin COVID-19-a qarşı peyvənd olunmasına və infeksiyanın yayılmasını dayandırmaq üçün sanitar məhdudiyyətləri yenidən tətbiq etməyə çağırıb.

Qebreyesusun sözlərinə görə, bütün dünyada 2020-ci ilin martından başlayaraq yoluxma ən aşağı səviyyəyə düşsə də, Afrikada xəstəlikdən ölüm halları artıb.

"Koronavirus hər dönüşdə sürprizlər təqdim edir və onun intensivliyini proqnozlaşdırmaq hələ də mümkün deyil", - ÜST rəhbəri qeyd edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyası pandemiyanın dərslərini nəzərə almaqla qlobal ictimaiyyətin fövqəladə hallara reaksiya verməyə hazırlığının gücləndirilməsinə yönələcək. 2019-cu ildən ilk dəfə əyani keçiriləcək illik forumda ÜST-ə üzv olan 194 ölkənin nümayəndələri iştirak edəcək.

Forumun əsas mövzusu “Dünya üçün sağlamlıq, sağlamlıq üçün dünya” olacaq. Nümayəndələr qlobal sağlamlığı fövqəladə hallara cavab vermək üçün hazırlamaqla yanaşı, qeyri-infeksion xəstəliklərin qarşısının alınması üzrə 2023-2030-cu illər üçün "yol xəritəsi"ni, epilepsiya və digər nevroloji pozğunluqlar üzrə fəaliyyət planını, vərəm və poliomielitlə mübarizəni, qida təhlükəsizliyi strategiyasını müzakirə edəcəklər.

Assambleya ÜST-ün baş direktorunu beş illik səlahiyyət müddətinə təyin edəcək. Təşkilatın İcraiyyə Komitəsinin yanvar sessiyasında bu vəzifəyə ÜST-ün hazırkı rəhbəri Tedros Adhanom Qebreyesusun (Efiopiya) namizədliyi irəli sürülüb.



Xəbərin oxunma sayı : 640

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap