Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Dövlət büdcəsinə düzəlişlər edilə bilər” – Deputat

Tarix 28.03.17, 14:52

Font ölçüsü : - / +
bitmap-img6


Dünya bazarlarında neftin qiymətinin artması ilə əlaqədar 2017-ci ilin dövlət büdcəsinə düzəlişlər edilə bilər.

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, 2017-ci ilin dövlət büdcəsində neftin qiyməti bir barel üçün 40 dollar səviyyəsində müəyyən olunub:
“Lakin hazırda dünya bazarlarında neftin qiyməti 2017-ci ilin dövlət büdcəsi üçün əsas götürülmüş proqnoz qiymətindən yüksəkdir. Mənə elə gəlir ki, bu proses belə davam edərsə, dövlət büdcəsinin yenidən baxılması zərurəti meydana çıxacaq”.

Z.Səmədzadə əlavə edib ki, parlamentdə dövlət büdcəsinə neftin qiyməti ilə bağlı dəyişikliklərin edilməsi məsələsinə may ayında baxıla bilər.

Maliyyə Nazirliyindən isə Trend-ə bildirilib ki, dövlət büdcəsinə düzəlişlər edilməsi hazırda gündəlikdə deyil.

Qurumdan onu da bildiriblər ki, ümumiyyətlə, neft qiymətlərinin büdcədə göstəriləndən yüksək olması faktı Azərbaycan Dövlət Neft Fondunun gəlirlərini artırır. Dövlət büdcəsinə transfertlər isə planlaşdırılmış səviyyədə qalacaq.



Xəbərin oxunma sayı : 79




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap