Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

Dövlət satınalmaları ilə bağlı məsuliyyətə cəlb etmə müddəti 3 dəfə artırılır - Qanunda dəyişiklik

Tarix 24.01.25, 14:26

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti qanunda nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda (əlli min manatdan iki yüz əlli min manatadək) zərər vurulduqda yaranacaq.

AzFakt.com “Report”a istinadla xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzkakirəyə çıxarılıb.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh, bu pozuntu halları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən dövlət satınalmaları haqqında inzibati qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb etmə müddəti 4 aydır və dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər.
Bu səbəbdən bu əməllər hüquq pozuntusu kimi inzibati xəta tərkibini yaratsa da məsuliyyətə cəlb etmə müddəti qısa olduğundan müvafiq tədbirlərin görülməsi bəzi hallarda qeyri-mümkün olur və həmin müddət pozuntu faktlarını özündə əks etdirən sübutların araşdırılıb, onlara hüquqi qiymət verilməsi üçün kifayət etmir.
Qanun layihəsində dövlət satınalmalar haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətə cəlb etmə müddətinin artırılması təklif edilir və layihəyə əsasən bu sahədə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.



Xəbərin oxunma sayı : 898




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap