Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Dövlət xidmətləri haqqında“ qanun layihəsi ilk oxunuşda qəbul olunub - Detallar

Tarix 10.10.25, 12:39

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclis yeni hazırlanan "Dövlət xidmətləri haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib.

AzFakt.com xəbər verir ki, layihə parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən, Azərbaycanda Dövlət Xidmətlərinin Elektron Reyestri (DXER) yaradılacaq.

Sənəddə qeyd edilib ki, dövlət xidmətlərinin təminatçıları tərəfindən yeni xidmət müəyyən edən normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən 30 iş günündən gec olmayaraq dövlət xidmətinin reqlamenti DXER-ə daxil edilməsi üçün təqdim edilməlidir. Xidmətlər barədə məlumatlar elektron kabinet üzərindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilərək göndəriləcək.

Layihəyə görə DXER operatoru tərəfindən 7 iş günü müddətində xidmət təminatçısı tərəfindən göndərilmiş məlumatların tamlığı və düzgünlüyü yoxlanılacaq və bu barədə xidmət təminatçısına elektron formada bildiriş göndəriləcək. Aşkar edilmiş çatışmazlıqlar xidmət təminatçısı tərəfindən aradan qaldırılaraq 7 iş günü müddətində yenidən DXER-in operatoruna göndərilməlidir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.



Xəbərin oxunma sayı : 1489




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap