Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Dövlət Yol Polisinin əməkdaşı bizneslə məşğul ola bilməz“

Tarix 22.06.17, 16:40

Font ölçüsü : - / +
bitmap-img6


Əliməmməd Nuriyev: "Nəzərə alın ki, iki hakimin bizneslə məşğul olduqlarına görə fəaliyyətinə xitam verilib"

Bir neçə gün öncə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "mənim xaricdə biznesim var" açıqlamasını vermişdi. Qanun isə dövlət qulluğunda çalışan şəxslərin bizneslə məşğul olmasını qadağan edir. 

Hüquqşünas Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a bu barədə açıqlama verərkən bildirib ki, məmur bizneslə məşğul ola bilməz. Çünki ölkə qanunverciliyinə əsasən bu qadağan edilib: "Dövlət qulluğunda çalışan şəxslər öz biznesini kiməsə tapşırmalıdır. Ancaq bu məsələ bir az qarışıqdır. Çünki hələ "Maraqlar toqquşması haqqında" qanun qəbul edilməyib. Buna görə də ölkədə bu məsələlərin həlli mexanizmi yoxdur. Məsələn, mən dünənə qədər bizneslə məşğulamsa və indi hər hansı dövlət qulluğuna gedirəmsə, bunu "Dövlət qulluğu haqqında" qanun qadağan edir. Amma bu biznesi mən necə ötürməliyəm, idarəçiliyi necə verməliyəm, bununla bağlı da mexanizm yoxdur. Buna görə də bəzən məmurlar dilemma qarşısında qalırllar". 

Nuriyevin sözlərinə görə, "Maraqlar toqquşması haqqında" qanun layihəsi var və yaxın gələcəkdə müzakirəyə çıxarılarsa, bu sahədə olan boşluqlar da aradan qaldırılacaq. Ancaq nəzərə alın ki, iki hakimin bizneslə məşğul olduqlarına görə fəaliyyətinə xitam verilib".



Xəbərin oxunma sayı : 298




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap