![]() |
|














“Döyüşməyə getməyənləri elə döyürlər ki...” – “Vaqner” 50 min məhbusu Ukraynaya aparıb
Tarix 28.11.22, 21:11 |
|

Rusiyanın daş kömür mədənləri ilə tanınan Kemerovo vilayətindəki 29 saylı islah-əmək koloniyasından bir məhbus “AzadAvropa” radiosunun “Sibir. Realii” xidmətinə telefonla 200 nəfərədək məhbusun orduya yazılmaqda maraqlı olduğunu bildirib.
Həbsxana əməkdaşları tərəfindən cəzalanacağından ehtiyat etdiyindən adının çəkilməsini istəməyən həmin şəxs hətta bunu sübut edən video da çəkib.
Ancaq o bildirib ki, oktyabrın sonuna doğru, “Vaqner” hərbi şirkətindən adamların gəlməsindən sonra məhbusların muzdlu döyüşçü kimi müharibəyə getmək istəyi sönüb: "Oktyabrın 26-da onlar bütün kommunikasiya xətlərini kəsdilər. Vaqnerçilər gələndə həmişə belə edirlər. …Sonra da “Vaqner” haqda filmlər göstərməyə başladılar. Birinin adı “Cəhənnəmin ən yaxşısı” idi”.
Rusiyanın Ukraynada apardığı müharibənin yeni və qeyri-müəyyən mərhələyə qədəm qoyduğu vaxtda ölkə rəhbərliyi orduya yeni canlı qüvvə cəlb etmək üçün həbsxana sisteminə üz tutub.Rusiyanın müharibənin əvvəlindən bəri verdiyi itkilərin dəqiq sayı məlum deyil. Qərb rəsmiləri 80 min – 90 min Rusiya əsgərinin öldüyünü və ya yaralandığını deyirlər.
Hökumət səfərbərlikdən əlavə əsgərlərin sayını artırmaq üçün qeyri-ənənəvi üsullara da əl atır. Yaş və fiziki göstəricilərlə bağlı tələblər yumşaldılır və açıq-aşkar şəkildə orduya könüllülər cəlb olunur.
Ən azı iyuldan bəri Federal Penitensiar Xidmətin nəzarətində olan 470 minədək məhbusun bir qisminin orduya cəlb edilməsinə başlanılıb.
Bu səylərin başında isə Kremllə sıx bağları olan biznesmen Yevgeniy Priqojinin “Vaqner Group” hərbi şirkəti durur. Bu şirkətin muzdlu döyüşçüləri Suriya, Liviya və Mərkəzi Afrika Respublikasında (MAR) hərbi cinayətlər törətməklə tanınır.
Yay aylarından bəri Rusiyadan məhbusların döyüşə göndərilməsi ilə bağlı çox sayda xəbərlər yayılıb. Onların arasında ölüm sayının təlim görmüş muzdlulara nisbətən daha çox olduğu bildirilir.
Daha öncə “The Insider” saytı sentyabr və oktyabrda “Vaqner” rəhbərlərinin Ukraynadakı döyüşlərdə ölən və yaralanan məhbusların ailələrinə göndərdiyi ölüm bildirişlərini nəzərdən keçirib. Sayt 500-dən çox məhbusun öldürüldüyünü aşkar edib.
Həbs və ədliyyə sahələri üzrə ixtisaslaşan “Mediazona” xəbər saytının məlumatına görəsə, həmin iki ay ərzində ölkədəki kişi məhbusların ümumi sayı 23 min nəfər azalıb. Sayt bu qədər böyük düşüşün yaxın tarixdə görünməmiş hadisə olduğunu bildirib və bunu məhbusların “Vaqner” sıralarına cəlbiylə əlaqələndirib.
Məhbus haqları ilə məşğul olan “Rusiya barmaqlıqlar arxasında” təşkilatının rəhbəri, ictimai fəal Olqa Romanovanın hesablamalarına görə, 50 minədək məhbus Ukraynada döyüşlərə cəlb edilmiş ola bilər.Romanova və həbsxana mənbələri bildirirlər ki, təkcə noyabrdan bəri “Vaqner”çilər Sibir və Uzaq Şərqin azı altı regionunda həbsxanalara gediblər. Bir neçə yüz məhbus döyüşməyə razılıq verib. Bunlar əsasən xüsusi rejimli həbsxanalarda saxlanan və cəza müddəti çox uzun olan məhbuslardır.
“Vaqner” şirkəti bu ay yaydığı bəyanatda Prigojindən sitat gətirib. Priqojin məhbusları ölkə elitası ilə müqayisə edir.
"Hesab edirəm ki, məhbuslar ən yüksək səviyyəli, Rusiya elitasından daha yüksək vicdana sahibdirlər. Çünki məhbuslar həyatın hansısa məqamında bəxti gətirməmiş adi adamlardır. Buna görə də onlar bu qədər kütləvi şəkildə könüllü olmağa razılıq veriblər", – Müdafiə Nazirliyini sərt tənqid edən Priqojin noyabrın 11-də deyib.
Kemerovodakı 29 saylı islah-əmək koloniyasında 100-dək məhbusun vaqnerçilərin təklifini qəbul etdiyi bildirilir.
“Sibir. Realii”yə danışan məhbus bildirib ki, döyüşə getməyə razılıq verən məhbuslara törətdikləri cinayətlərə görə tam amnistiya və 100 min rubl (1640 dollar) aylıq maaş vəd edilib. Bu isə Sibirin depressiv mədən və sənaye regionu olan Kemerovo üçün orta maaşdan yaxşıdır. Məhbus olmayan əsgərlər üçün fiziki tələblərin yumşaldılmasına gəlincə, “Vaqner” yaşı 50-dən yuxarı olan, habelə HIV və hepatit virusları daşıyıcıları olan könüllüləri də qəbul edir.
“Vaqner” həbsxanalarda səfərbərliyi əsasən gizli gerçəkləşdirir. Buna görə də məhbusların yaxınları həbsdə olan ərlərinin və oğullarının nəyə imza atdıqlarını bilməyəcəklərindən narahatdırlar.
Kemerovoda yerləşən başqa bir həbsxanada – 37 saylı islah-əmək düşərgəsində məhbusların saatlarla qaynar radiatorlara bağlandığı bildirilir. Bu yolla onları muzdlu şirkətinə yazılmağa məcbur etmək istəyiblər. Bəzi məhbus yaxınlarının verdiyi məlumatlara görə, noyabrın ortalarından bəri 100-dən çox məhbus müəssisəni tərk edib. Onların döyüşlərdən öncə təlimə göndərildiyi güman olunur.
"İmtina edənlər indi həbsxanaya qaytarılıb və elə möhkəm döyülüblər ki, heç yeriyə bilmirlər. Bizim onları görməyimizə icazə vermirlər. Heç onlarla danışmağımıza da imkan vermirlər”, – bir məhbusun həyat yoldaşı deyir.
Anna adlı başqa bir qadın da 37 saylı koloniyada olan əri Artyomla əlaqəni itirəndən sonra həbsxana rəhbərliyinə məktublar yazaraq suallarına cavab istəyib.
"Sonra tanımadığım nömrədən bir kişi zəng vurub ərimin kamera yoldaşı olduğunu dedi. O dedi ki, guya Artyoma onu müharibəyə göndərmək üçün müqavilə imzalatdırıblar. Onlar onu hərbi təyyarə ilə aparıblar. Dedi ki, onlar Artyoma elektroşok tapançası və su ilə işgəncə veriblər. Bilirəm ki, ərim heç vaxt belə şeyə könüllü getməzdi. Onun dörd ili qalmışdı. Bu necə müharibədir axı?”, – o deyir.
Sibirin Krasnoyarsk şəhərindən Svetlananın 5 saylı islah-əmək koloniyasında olan 38 yaşlı oğlu da Ukraynaya göndərilib. Qadın çox qəzəblidir: "Onlar hansı əsasla səfərbərlik əməkdaşlarını həbsxananın içinə buraxıblar? Özü də hansı qanuna əsasən məhbusları buraxıblar? Qanunda heç bir yerdə belə bir şey yazılmayıb. Niyə mənə xəbər verilməyib?” (AzPolitika.info)
Xəbərin oxunma sayı : 760
loading...
Dünya
Xəbərlər
-
Ermənistan və İran Azərbaycana qarşı hərbi təxribat hazırlayır – SEPAH -ın diversiya qrupu Zəngəzura gəlib
-
“Hər qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır” - VİDEO
-
Gürcüstanlıların sığınacaq arzusu: statistika yayılıb
-
Binaların inşası zamanı zəlzələyə davamlılıq hesablanmalıdır - Mütəxəssis
-
Şuşaya qar yağır, havanın temperaturu mənfi üç dərəcədir - VİDEO
-
Azərbaycanda daha 31 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib - FOTO
-
Mehriban Əliyeva göstəriş verdi, təyyarə Türkiyəyə yola düşür - FOTO
-
Türkiyədə zəlzələ qurbanlarının sayı 9 mini keçdi - Son rəqəmlər açıqlandı
-
Bu məhsullar gömrük rüsumundan azad edildi - QƏRAR
-
Zəlzələdən sonrakı Hatay... – VİDEO
-
11 gün əvvəl yaranan şirkət 3,6 milyonluq tenderi necə udur?
-
Mərkəz Vəkil Bürosunun rəhbəri generalın oğluna qarşı yarım milyonluq dələduzluqda ittiham olunur
-
Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başladı - FOTO
-
“Aİ Rusiyaya qarşı sanksiyaları gücləndirəcək” - Şolts
-
Türkiyəyə yardım edənlərin nəzərinə! - ƏDV tutulmayacaq - RƏSMİ
-
Mənzil almaq istəyənlərin nəzərinə: Yeni dəyişikliklər qüvvəyə mindi
-
Qarajdan villaya girdilər, seyfi yarıb 500 min manatlıq qızıl oğurladılar - Bakıda film kimi cinayət
-
““Çarbağ MMC“ obyektimi təhvil vermir“ - Ölkə rəhbərliyinə şikayət
-
“Türkiyəyə həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcək“ - Prezident İlham Əliyev
-
XXI əsrin ən dağıdıcı zəlzələləri – “Nyu-York Tayms” qəzetinin məqaləsi
-
Məşhur bazar uğrunda yenidən savaş başladı - İki general paylarını itirə bilər
-
Qeyd olunanlar həqiqətdən tamamilə uzaq fikirlərdir - İcra hakimiyyəti təkzib edir
-
Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür etdi - “Bütün komandası ilə bizim yanımızda yer aldı“
-
Türkiyədəki dəhşətli zəlzələdə həlak olanların sayı 7 mini keçdi - Son rəqəmlər açıqlandı
-
Qarabağ Regional Turizm İdarəsi yaradılıb - FƏRMAN
-
“Yaxın günlərdə zəlzələ bölgəsindəki mövcud çətinliklər aradan qaldırılacaq“ - Ərdoğan
-
İlham Əliyev Türkiyə səfirliyinə getdi - FOTO
-
Mehdiabadda narkotik və silaha görə 3 nəfər saxlanılıb - VİDEO
-
Dini qurumlara maliyyə yardımı ayrıldı - Siyahı
-
Bakıya qar yağacaq - Sabahın havası
-
“Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində inqilab edib” - İlham Əliyev
-
Qardaş ölkəyə yardım üçün hansı əşyalar göndərilməlidir? - AÇIQLAMA + SİYAHI
-
Kəlbəcər rayonunun Birinci Milli kəndi - FOTO
-
Dağıntılar altından 40-50 saat sonra çıxarılan körpə ümidlər - VİDEO
-
Bakıda Türkiyəyə göndəriləcək yardım kampaniyası davam edir - VİDEO
-
SEPAH Avropanın qara siyahısına yol alıb – “Doyçe Velle”
-
Kərim Vəliyev hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxladı - FOTO/VİDEO
-
Türkiyədə zəlzələ qurbanları: Son rəqəmlər açıqlandı
-
Azərbaycanın növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşdü - FOTOLAR
-
Qaxa 45 sm qar yağıb - FAKTİKİ HAVA
-
Seysmoloji Mərkəzin direktorunun açıqladığı qorxunc fakt - kim məsuliyyət daşıyır?
-
Mobil cihazlarımızda zəlzələni öncədən bildirən funksiya hansıdır? - VİDEO
-
Şeyx İrandakı nümayəndəsini “Təzə Pir”ə rəis təyin etdi - FOTO
-
Xankəndi-Laçın yolundakı aksiyanın 59-cu günü - Tələblər dəyişməz, şüarlar eyni
-
FHN-in xilasediciləri 16 nəfəri dağıntılar altından sağ çıxarıblar - VİDEO
-
Bakıda Türkiyəyə göndərilən yardımla əlaqədar izdiham yaşandı -VİDEO
-
“Mahal Rezidens” işçiləri pulsuz işlətdi, nazirlik işə qarışdı - Məhkəmədən müəmmalı qərar
-
Bakının təhlükə saçan binaları - VİDEO
-
Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb - Son vəziyyət
-
“Ölkə Saakaşvili məsələsinin girovuna çevrilib“ - Gürcüstan Prezidenti
-
Bakı apteklərindən zəruri dərmanlar niyə yoxa çıxıb? - Ekspert rəyi və Səhiyyə Nazirliyinin cavabı
-
Mülki Prosessual Məcəlləyə dəyişiklik edilib
-
Kəlbəcərdə yolların qardan təmizlənməsi işləri dayanmadan aparılır - VİDEO
-
Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub - FOTO
-
Mehriban Əliyeva göstəriş verdi - Heydər Əliyev Fondu Türkiyəyə humanitar yardıma başladı
-
İranın cəllad hakimləri – “Vaşinqton Post”
-
Soğanın qiyməti iki dəfə bahalaşıb - VİDEO
-
“Kadırov xəstə və narkotik aludəçisdir“ - Əhməd Zakayev
-
FHN Türkiyədəki əməliyyatlardan görüntülər yayımladı - FOTO/VİDEO
-
Diplomlarının tanınması ilə bağlı imtina almış şəxslər yenidən müraciət edə bilərlər - Açıqlama
-
Azərbaycanda həyət evlərinin qiyməti bahalaşıb? - AÇIQLAMA
-
İsraildən Türkiyəyə 150 nəfərlik yardım qrupu göndərilib - VİDEO
-
“RabitəBank“ Qarabağı erməni dilində təqdim edir - FOTOFAKT
-
Prezident tütün və içkilərlə bağlı sərəncam imzaladı - Nələr olacaq?
-
Dağıntılar altında qalan türkiyəli deputat həlak oldu
-
Bəhreynin ordu komandanı İrana xəbərdarlıq edib - FOTO
-
Türkiyənin 10 vilayətində fövqəladə vəziyyət rejimi elan olunub - Ərdoğan açıqladı + VİDEO
-
Rusiyada azərbaycanlı avtoritetlərin “sxodka”sına basqın – 50 nəfər saxlanıldı
-
“Çin kəşfiyyat şarı partlayıcı maddə daşıya bilərdi” - Amerikalı general
-
Azərbaycan xalqı Türkiyə XİN-in çağırışına cavab verdi: Yardımlar toplanır — VİDEO
-
Şeyxdən səfirlikdəki terrorla bağlı dini liderlərə ÇAĞIRIŞ
-
“Eskalasiya gözlənilməz həddə çata bilər” - Sergey Şoyqu
-
Dövlət Vergi Xidmətinə yeni rəis təyin olundu - Abbas İsmayılov kollektivə təqdim edildi
-
Sabiq icra başçısının köməkçisi məhkəmə zalında həbs olundu
-
İcra başçısının qardaşı “Azərsu”da imperiya qurub: İmran Abbasova dur deyən tapılacaqmı?
-
Türkiyəyə yardım göndərmək istəyənlərin nəzərinə - Bu ünvanda....
-
“Kupça”sı olmayan evlər necə sığortalanacaq? - Rəsmi cavab
-
Sabah Bakıda sulu qar yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
-
“Azərbaycanın göndərdiyi yardımdan istifadə edirik” - Türkiyənin vitse-prezidenti
-
Türkiyədə zəlzələ qurbanlarının sayı artır: Son rəqəmlər
-
Yeni dəyişikliklər pensiya məbləğini artıracaqmı? – İqtisadçı hökumətin məqsədini açıqladı
-
Müşfiq Hətəmov “Space”dən getdi - Yerinə o təyin olundu
-
“Zəlzələdən 13,5 milyon vətəndaşımız zərər görüb” - Türkiyəli nazir
-
Yerüstü Nəqliyyat Agentliyinin yeraltı gəlirləri... - Anar Rzayev hardan necə qazanır?
-
27 saat sonra dağıntılar altından xilas edildi... - FOTO
-
“Son sutkada Rusiyanın 1000-dən çox hərbçisi məhv edilib“ - Ukrayna Baş Qərargahı
-
FHN-in 41 nəfərlik heyəti Türkiyəyə yola düşdü - FOTOLAR
-
Hava şəraiti kəskin dəyişəcək – FHN-dən Xəbərdarlıq
-
“Rusiya fevral ayı ərzində genişmiqyaslı hücuma keçəcək” - ABŞ institutu
-
Avropadan Azərbaycana ümid dolu baxışlar
-
“Dəfələrlə demişəm, reaksiya verən yoxdur“ - Qurban Yetirmişli
-
Xankəndi-Laçın yolunda 58 günlük aksiya: “Azərbaycan vahiddir, sərvətinə sahibdir”
-
Zidan PSJ ilə anlaşdı: Neymarı göndərir
-
“Müharibə olsa, Britaniyanın sursatı bir neçə günə bitəcək“ - Sky News
-
FHN-in növbəti yardımı Türkiyəyə yola salınacaq - FOTO
-
Azərbaycanın dostluq körpüsü kimi qazandığı imicə yeni əlavələr edir
-
Türkiyədə 7 günlük ümummilli matəm elan edildi
-
Vasif Talıbovun müavini villasının tikintisini yarımçıq saxladı - FOTO
-
Buraxılış imtahanlarının vaxtı bilindi - Rayonlar üzrə CƏDVƏL
-
Hatay zəlzələdən sonra... – Dron görüntüləri
-
Azərbaycana gətirilən telefonların rəsmiləşdirilməsi ilə bağlı qoyulan tələb nələri dəyişəcək? - FOTO
-
Xaricdə verilən diplomlar Azərbaycanda hansı hallarda tanınacaq? - DETALLAR
-
“Türkiyəyə xilasetmə qrupları və tibbi yardım göndəriləcək” - Netanyahu
-
Nazirlik səfirliyimizə hücumla bağlı videoçarx yaydı - VİDEO
-
Azərbaycanın axtarış-xilasetmə qrupu Adanadan Kahramanmaraşa yollanıb - FOTO
-
Zəlzələdə ölənlərin sayı 1500-ə çatır -8 533 nəfər yaralanıb
-
Azərbaycanın artan nüfuzunun göstəricisi
-
“Azərbaycandan getmiş 420 nəfərlik xilasedici heyət sonacan Türkiyədə fəaliyyət göstərəcək” - General
-
Türkiyədəki güclü zəlzələ qonşu ölkələrə də sirayət etdi: Suriyada 800 nəfər öldü
-
“Pakistan Türkiyəyə yardım edəcək” - Şahbaz Şərif
-
“NATO və Avropa Birliyindən əlavə 45 ölkədən də yardım təklifi almışıq” - Ərdoğan
-
“Artıq redaktorlar, şöbə müdirləri də jurnalist kimi qeydiyyata alınacaqlar” - Əhməd İsmayılov
-
Son sutkada 3 nəfər COVID-19-a yoluxub - Ölən yoxdur
-
“İran polisi səfirliyə hücumun qarşısını almaq üçün heç bir tədbir görməyib“ - Azərbaycan XİN
-
Azərbaycandan xaricə ən çox məhsul satan 10 şəxs - Siyahı
-
Putin riskli qərarlar qəbul etməkdən çəkinir - ISW
-
Daha 8 qazimiz Vətənə qayıdıb - SİYAHI
-
İlham Əliyev Ərdoğana zəng etdi - Humanitar yardım göndəriləcək
-
Zəlzələdə 912 nəfər ölüb, 5385 nəfər yaralanıb - Ərdoğan açıqladı
-
Pirşağının açınacaqlı vəziyyəti – Sakinlərdən prezidentə müraciət…
TOP 10
ARXİV