Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyə ciddi təhdiddir”

Tarix 30.12.17, 20:37

Font ölçüsü : - / +
bitmap-img6


“Dağlıq Qarabağ münaqişəsi regionda sülh və təhlükəsizliyə ciddi təhdiddir”

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sülh və təhlükəsizliyə ciddi təhdiddir.

AzFakt.com Trend-ə istinadən bildirir ki, bunu "The Reporter Ethiopia" qəzetinə müsahibədə Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev deyib.

Səfir bu münaqişə ilə bağlı BMT-nin Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalını qəti şəkildə pisləyən və erməni qoşunlarının qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etdiyini bildirib: "Təəssüf ki, Ermənistan indiyədək bu tələbləri yerinə yetirməyib. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi hələ də işğal altındadır, bir milyondan çox şəxs qaçqın və məcburi köçkünə çevrilib. Bu, ciddi humanitar faciədir".

Səfir qeyd edib ki, Ermənistan beynəlxalq hüquqa hörmətsizlik edir: "Ermənistan beynəlxalq hüququa, BMT-nin qətnamələrinə və əsasnaməsinə əməl etməlidir. Əgər biz BMT qətnamələrinə əməl etməsək, dünyada sülhü və stabilliyi necə təmin edə bilərik?"

Diplamat vurğulayıb ki, Ermənistanın daxilində də problemlər var, çünki bu ölkə hərbi rejimlə idarə olunur: "Hərbi rejimlə danışıqlar aparmaq çətindir. Oradakı diktatura beynəlxalq hüquq normalarını diqqətə almır. Bu, başlıca maneədir. Elə ölkələr var ki, münaqişənin nizamlanmasında vasitəçilik üçün səylər göstərir, amma bunun yekun həlli beynəlxalq hüquq normalarına və beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qərarlarına əsaslanmalıdır".



Xəbərin oxunma sayı : 166




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap