Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Daşnaksütyun”-Paşinyan qarşıdurması güclənir- Keçmiş nazir yeni hökuməti sərt tənqid etdi

Tarix 13.02.19, 23:28

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistanda “Daşnaksütyun” partiyası ilə baş nazir Nikol Paşinyan arasında qarşıdurma güclənir. Partiyanın xüsusi komissiyasının əlaqələndiricisi və sabiq iqtisadi inkişaf naziri Artsvik Minasyan keçirdiyi mətbuat konfransında yeni hökumətin apardığı daxili və xarici siyasəti sərt tənqid edib.

Azərtac erməni KİV-lərinə istinadla xəbər verir ki, “Daşnaksütyun” Paşinyanı ölkənin müdafiə və təhlükəsizlik problemləri ilə məşğul olmamaqda, xüsusən Dağlıq Qarabağ münaqişəsi ilə yetərincə maraqlanmamaqda ittiham edib. Minasyan baş naziri keçmiş Prezident Levon Ter-Petrosyanın siyasi xəttinin davamçısı adlandırıb. Onun sözlərinə görə, Qarabağ problemi həll olunmadan, Ermənistanın iqtisadi inkişafı mümkün olmayacaq.

“Daşnaksütyun” təmsilçisi əlavə edib ki, Paşinyanın texnologiyaların inkişafı ilə bağlı proqramı quru şüardan başqa bir şey deyil və Ermənistanda işsizliyi daha da artıracaq. O xatırladıb ki, rəsmi məlumatlara görə, hazırda bu ölkədə 232 min işsiz var, İKT sahəsində çalışanların sayı isə cəmi 13 min nəfərdir. “Paşinyanın “iqtisadi inqilab” proqramının heç bir real əsası yoxdur. Hətta ehtimal olunan 5 faizlik iqtisadi artım belə bu planı həyata keçirmək üçün kifayət deyil. Proqramın parlamentdəki dar çərçivədə hazırlanması da ciddi şübhələr yaradır. Halbuki ölkənin iqtisadi həyatında bütün siyasi qüvvələrin rəyi nəzərə alınmalıdır”, -deyə Minasyan əlavə edib.




Xəbərin oxunma sayı : 175




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap