Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İdarə rəisi rəisi anasının yasına gəlməyənləri işdən çıxarır? - Şok iddia

Tarix 04.08.21, 10:31

Font ölçüsü : - / +
bitmap-img6


Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov idarənin bir qrup əməkdaşını işdən çıxarıb.

Bu barədə Avropa.info-ya məlumat verən mənbə bildirib ki, əməkdaşların işdən çıxarılmasına səbəb işçilərin Vüsal Hüseynovun anasının yas mərasiminə getməməsi olub.

“Bu yaxınlarda Vüsal Hüseynovun anası dünyasını dəyişib. İdarənin əməkdaşlarından yas mərasiminə getməyənləri Vüsal Hüseynov işdən çıxarıb. Bu adamların işdə qalmaları üçün isə Vüsal Hüseynov iki, üç min manat tələb edir“,-deyə məlumatı verən mənbə bildirib.

“Ölkədə xüsusi karantin rejimi olduğu halda, idarə rəisinin bu qaydaları pozmağa meylli olması anlaşılan deyil. Bundan əlavə, bir müəssisənin işçiləri kiminsə yaxınlarının yas mərasiminə getməyə borclu deyil, bu da işdən çıxarılmaq üçün səbəb ola bilməz”, – deyə məlumatda qeyd olunur.

Mənbə bildirir ki, Vüsal Hüseynov onu bu vəzifəyə Mədəniyyət nazirinin müavini Kənan Kərimovun təyin etdirdiyini və kimsədən çəkinmədiyini deyir.

Qeyd edək ki, bu ilin martında mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Regional Mədəniyyət  İdarəsinin rəisi Vüsal Hüseynova həvalə olunub.

O, bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Quba Rayon Şöbəsinin rəisi vəzifəsində işləyib.

Avropa.info yazıda qeyd olunan məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğunu bildirir.

Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 760




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap