Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İdeal selfi üçün proqram hazırlanıb

Tarix 07.08.17, 16:09

Font ölçüsü : - / +
bitmap-img6


Kanadanın Vaterloo Universitetinin alimləri ideal selfi çəkməyə kömək edən proqram hazırlayıblar. Bu, istifadəçini kameranı bütün mümkün şəkillərdən ən yaxşısının alınacağı yerdə quraşdırmağa yönəldən alqoritmdir.

Azərtac futurist.ru saytına istinadla xəbər verir ki, alimlər alqoritm üzərində işləyərkən orta statistik insanların rəqəmsal 3D-skanlarını alıblar. Onlar smartfonun virtual kamerasını və kompüter işıqlandırmasını idarə etmək üçün kodları yazaraq yüzlərlə “virtual şəkil” yaradıblar. Bu, kompozisiyanın müxtəlif prinsiplərini, həmçinin sifətin vəziyyətini və ölçülərini, işıqlandırmanın istiqamətini öyrənməyə imkan verib.

Bundan sonra minlərlə insan kraudsorsinq onlayn xidmətinin köməyilə ən yaxşı virtual fotolarını seçiblər. Alimlər səsvermə şablonunun riyazi modelini yaradıblar ki, bu da insanlara daha uğurlu fotolar əldə etməyə kömək edəcək alqoritmi hazırlamağa imkan verib.

Daha sonra real istifadəçilər öncə standart kamera proqramının, sonra isə yeni proqramın köməyilə selfi çəkiblər. Alimlər onlayn reytinqlərə əsaslanaraq, belə nəticəyə gəliblər ki, yeni proqram selfini 26 faiz yaxşılaşdırıb.



Xəbərin oxunma sayı : 133




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap