Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Dedi ki, evimizdən mənim üçün bayrağımızı asarsan“ - Şəhidimiz Romir Əliyevin doğum günüdür + VİDEO

Tarix 14.05.21, 22:41

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Vətən müharibəsi şəhidi Romir Əliyevin doğum günüdür. AzTV şəhidin doğum günü ilə bağlı süjet hazırlayıb.

Şəhidin atası Rəşadət Əliyev bildirib ki, oğlu bir dəfə də olsun onu görmək üçün gəlmələrini istəməyib:“Sentyabrın 28-də oğluma çağırış gəldi. Qapıdan çıxanda mənə baxdı, dedi ki, “mən gedirəm, evimizdən mənim üçün bayrağımızı asarsan”. Oğlum Aprel döyüşlərində də iştirak edib. Hərbiyə uşaqlıqdan marağı olub, vətən sevgisini üstün tutub”.

Şəhidin anası Miraslava Əliyeva isə deyir ki, oğlu müharibəyə gülə-gülə gedib: “Zəng edib danışanda “biz qələbə qazanacağıq” deyirdi. Həmişə deyirdim ki, sənin qazandığın qələbə, məni qürurlandırır. İndi şəklinə baxıram, ürəyim partlayır. Elə bilirəm o da şəkildən mənə baxır və deyir ki, “ana, ağlama, sən mənimlə fəxr etməlisən”. Övladımla fəxr edirəm”.

Cəsur kəşfiyyatçı Füzuli, Cəbrayıl, Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Oktyabrın 21-də Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şəhid Romin Əliyev ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən, göstərdiyi qəhrəmanlıqlara görə, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.








Xəbərin oxunma sayı : 691




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap