Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Dedi ki, qızla görüşə gedəcəyi üçün lazımdır“ - Bakıdakı quldurluq cinayəti

Tarix 19.03.20, 23:16

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda quldurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sultanov Ehtiram Sanil oğlununun məhkəməsi keçirilib.

O, Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham edilir.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində polis əməkdaşı Ziya Həsənov ifadə verib.

O bildirib ki, "102 xidməti"nə verilən məlumatdan sonra Ehtiram Sultanovu saxlamaq üçün onun yaşadığı ünvana gediblər.

Polis əməkdaşı bildirib ki, həmin zaman Ehtiram Sultanov bıçaqla onlara hücum edərək müqavimət göstərib. Suallara cavab verən Ziya Həsənov əlavə edib ki, Ehtiramda iki bıçaq olub.

Ehtiram cibində ümumiyyətlə bıçaq olmadığını söyləyib.

Prosesin davamında zərərçəkmiş Əli Ovçuyev də ifadə verib. O, ziddiyyətli ifadələri ilə diqqət çəkib.

Əvvəlcə deyib ki, Ehtiram onun telefonunu istifadə məqsədi ilə alıb: "Dedi ki, qızla görüşə gedəcək. Buna görə də iki günlük telefonu istədi. Mən də verdim".

Suallara cavab verən Əli Ovçuyev sonra deyib ki, Ehtiramdan qorxduğu üçün telefonu ona verib. Onu da qeyd edib ki, Ehtiramın cibində bıçaq da görüb.

Məlum olub ki, Əli Ovçuyev hadisənin səhərisi qardaşını da götürərək Ehtiramın evinə gedib və telefonunu tələb edib.

Əli Ovçuyev ziddiyətli ifadələrini izah edə bilməyib. Məlum olub ki, o şikayətçi olmaq istəmir.

Qeyd edək ki, E.Sultanov müxtəlif vaxtlarda Cəfərov, Ovçuyev və Ağayev soyadlı şəxslərin qarşısını kəsərək onları soyuq silahla hədələyib, pul alıb və mobil telefonlarını alıb.



Xəbərin oxunma sayı : 943




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap