Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Dedi ki, Samiri basdırmışam içəri“- Bakıdakı 6 milyonluq müəmma

Tarix 19.03.21, 21:57

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda milyonlarla manat dəyərində dələduzluqda ittiham edilərək həbs olunan satış müdiri növbəti dəfə hakim qarşısına çıxarılıb. İş adamının vəkili 6 milyona yaxın pulun qanunsuz yolda əldə edildiyini deyib.

Musavat.com xəbər verir ki, Həsənov Samir Hafiq oğlu Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq; xüsusi ilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

İş üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutur.

Məhkəmə prosesində zərərçəkmiş İsmayıl Sultanlı dindirilib.

O deyib ki, ucuz qiymətə siqaret almaq və satışından qazanc əldə etmək üçün Samir Həsənova pul verib.

İsmayıl Sultanlı qeyd edib ki, Samir Həsənovu öz yeznəsi Babək vasitəsi ilə tanıyıb.

"Mən neçə dəfə pul vermişəm və qazancı ilə də geri almışam. Heç bir zaman problem olmayıb. Sonuncu dəfə 250 min dollar vermişdim. Amma bir neçə müddət problem yarandı. Sonra da mənə dedi ki, problemi həll etmək üçün 160 min dollar lazımdır. Mən də onlara kömək etmək üçün dostumdan pul aldım. Bu işdə mənə çatan qazancı halal qazanc kimi təqdim edirdilər. Sonuncu pulu verəndən 3-4 gün sonra Samir həbs edildi. Ümumilikdə verdiyim pullardan mənə qazanc da verilib. İndi mənə qaytarılmalı olan pul 320 min dollardır. Onun 160 min dolları mənim, ailəmindir. 160 min dolları isə borc olaraq dostumdan almışam", - deyə zərərçəkmiş şəxs ifadəsində göstərib.

İsmayıl Sultanlı suallara cavabında bildirib ki, Samir Həsənovdan şikayətçi deyil, onun həbs edilməsini istəmir.

Zərərçəkmiş yalnız pulunun ödənilməsini istəyib.

Samir Həsənov İsmayıl Sultanlının pul tələbi ilə razılaşdığını, həmin məbləği aldığını deyib.

Məhkəmədə zərərçəkmiş kimi tanınan Fərid Məmmədov da ifadə verib.

Fərid Məmmədov da Samir Həsənovla eyni məqsədlə pul alış-verişinin olduğunu deyib.

Bildirib ki, Samir Həsənovla 4 il işləyib və heç bir zaman aralarında problem olmayıb.

"Mayın 4-də sonucu dəfə. 305 min dollar verdim. Samir məndən 370 min dollar istəmişdi. 65 min də sonradan verdim. Mən pulu verəndən bir neçə gün sonra Samir həbs edildi. Samir həbs edilməsəydi, pulumu qaytaracaqdı.

Mənim pulum Şakir Ələkbərovdadır. Çünki Samir həbsindən bir neçə gün əvvəl məndən və başqalarından aldığı pul hanı? Samirdən bu qədər pulu kim alıb? Pullar Şakir Ələkbərova verilib. Mən Samirdən şikayət eləməmişəm. İstəmirəm ki, Samir həbs edilsin. Mən "Bandotdel"ə də getməmişəm. Məni ora çağırıblar.

Samirə zəng çatmayanda Şakirə yığdım. Dedi ki, Samiri içəri basdırmışam. Daha sonra soruşdu ki, səndə məbləğ nə qədərdir, Samir səndən nə qədər alıb? Dedim ki, 370 min dollar. Təkrar soruşdu. Dedim ki, səsimi yazırsan? Axşam da mənə "Bandotdel"dən zəng gəldi. Məndə Şakirin səs yazısı var. Özü dedi ki, Samiri içəri basdırdım", - deyə Fərid Məmmədov ifadəsində bildirib.

Şakir Ələkbərov isə deyilənlərlə razılaşmayıb. Ona pul verilmədiyini deyib.

Məhkəmə araşdırması davam edir.

İttihama görə Samir Həsənov Ələkbərov Şakir Əlisəftər oğluna qarşı 2.002.692 manatlıq dələduzluq edib. Məlumata görə S.Həsənov Şakir Ələkbərovdan 5 milyon manat alıb. Amma pulun qalan hissəsini qaytarmayıb.

Samir Həsənov “Caspian Galaxy” MMC-də satış müdiri olub. O, tütün məmulatlarının satışını həyata keçirib. Zərərçəkmiş kimi tanınan şəxslə biznes əlaqəsi olub.

Belə ki, S.Həsənov çalışdığı MMC-də kampaniya olan zaman siqaretləri ucuz qiymətə alıb, daha sonra baha qiymətə sataraq qazanc əldə edirmiş. Bunun üçün isə zərərçəkmiş kimi tanınan şəxsin nağd pullarından istifadə edib. Hər gün üçün edilən alış və satışdan onlara qazanc əldə edib.

S.Həsənov çalışdığı şirkətdə siqaret satışı ilə bağlı problemlər yarandığı üçün işləri yaxşı getməyib. Daha sonra da pul aldığı şəxslə problemləri yaranıb.

Təqsirləndirilən Həsənov ittihamlarla razılaşmır. Deyir ki, aldığı pulları qazancı ilə birlikdə qaytarsa da indi Şakir Ələkbərov onu şərləyərək əlavə pul istəyir. S.Həsənov əlavə edir ki, Ş.Ələkbərovdan 5 milyon pul alsa da, 6 milyon manatdan çox pulu qazancı ilə birlikdə qaytarıb.



Xəbərin oxunma sayı : 967




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap