Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Dəmirləri bir-birinə vuraraq şeytanı qovurmuş“ - dəhşətli qətlin ilginc təfərrüatları

Tarix 30.09.18, 23:17

Font ölçüsü : - / +
bitmap-img6


58 yaşlı qadını öldürüb su quyusuna atan Rəhim Bağırov hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında R.Bağırovun psixi xəstəliyə tutulduğu məlum olub.

Qeyd edək ki, hadisə ötən il Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə qeydə alınıb. Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızının itkin düşməsi barədə polisə məlumat daxil olub. Axtarış zamanı Badam Bağırovanın meyiti həyətdəki köhnə su quyusundan tapılıb.

Araşdırma zamanı məlum olub ki, hadisəni bir neçə il əvvəl dünyasını dəyişən ev sahibi Hacı Bağırovun birinci arvadı ilə nikahından olan oğlu 1958-ci il təvəllüdlü Bağırov Rəhim Hacı oğlu törədib.

O, atasının ikinci arvadını amansızlıqla qətlə yetirib. Daha sonra onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb. Meyitin üstünə daş, torpaq, ağac atıb.

Məlumata görə, ev sahibi Hacı Bağırov dünyasını dəyişsə də, hər iki arvadı öz övladları ilə birgə eyni həyətdə yaşayıb. Mərhum Badam Bağırovanın övladı hadisədən bir gün əvvəl məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polis əməkdaşlarına məlumat verib. Araşdırma zamanı qətli törədən Rəhim Bağırov saxlanılaraq istintaqa təhvil verilib. O, daha əvvəl 8 il məhkumluq həyatı yaşayıb və həbsxanadan yeni çıxıbmış.

Sonuncu məhkəmə iclasında zərərçəkən tərəfin vəkili çıxış edib. Vəkil psixi problemləri olan Rəhim Bağırovun hadisəni tək törətmədiyini və iş üzrə bir neçə ziddiyyətli məqamın olduğunu deyib.

Vəkil qeyd edib ki, R.Bağırov hadisəni törətdikdən sonra psixi xəstəliyə tutulub. Müdafiəçinin sözlərinə görə, belə olan halda işə xitam verilməli təqsirləndirilən şəxs müalicəyə göndərilməlidir.

Ziddiyyətli məqamları sadalayan vəkil bildirib ki, hadisə zamanı evdə 4 nəfər olub: "Mərhum, xəstə bir qadın, Gülnarə və Rəhim Bağırov. Gülnarə istintaqda ifadə verir ki, Rəhimin paltarını xatırlamır. Amma üzündə cızıq, xəsarət olmamasını dəqiq bilir. Bu necə ola bilər? Geyimi vizual olaraq hər kəsin asanlıqla görməsi mümkündür. Amma Gülnarə xanım bunu dəqiq bilmir. Lakin üzündə xəsarət olmadığını dəqiq bilir. Bu ziddiyyətləri araşdırmaq lazım idi. Müstəntiq bunu araşdırmayıb.

Ekspertiza rəyində mərhumənin bədənindən 12 frəqli tük tapıldığı, 11 tükün Rəhim Bağırova məxsus olduğu yazılıb. Bəs bir tük kimindir? Bir insanın taleyindən söhbət gedir. Bu, niyə araşdırılmayıb. 7-8 ölüm işində iştirak etmişəm. İlk dəfədir görürəm ki, işdə adı keçənlərin telefon danışıqları yoxdur. Bizim şübhəmiz yoxdur ki, Rəhim bu cinayəti törədib. Amma bu işi tək etməyib. 50 kq çəkidə olan bir adamdır. 70-80 kiloqram çəkidə olan bir qadını tək sürüyərək quyuya aparması imkansızdır. Bu iş üzrə kifayət qədər qaranlıq məqamlar qaldı. Heç biri araşdırılmadı, əsas şahidlər məhkəməyə gətirilərək dindirilmədi. Biz bu işi araşdıran müstəntiq barəsində də xüsusi qərar çıxarılmasını istəyirik".

Məhkəmədə Rəhim Bağırovun vəkili də çıxış edib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin psixi problemləri var və onun barəsində ekspertiza təyin edilməlidir:

"Rəhim Bağırov bizimlə görüşündə dedi ki, qadın gözünə şeytan kimi göründüyü üçün öldürüb. Bu da onu deməyə əsas verir ki, Rəhim Bağırov hadisəni törədəndən əvvəl də psixi olaraq normal vəziyyətdə olmayıb.

Biz onların yaşadığı evə də baxış keçirmişik. Rəhim Bağırovun yatağının üstündə divara asılmış dəmir parçaları var idi. Biz bunların nə olduğunu soruşanda dedi ki, həmin dəmirləri bir-birinə vuraraq şeytanı qovurmuş.

Rəhim Bağırovun psixi problemləri o həddə olub ki, o mərhum haqqında düşünürmüş ki, mərhum onu öldürmək üçün dünyaya gəlib.

Biz məhkəmə istintaqı dövründə təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət verdik. Çünki onda şizofreniyanın əlamətləri var. Amma araşdırılmadı.

Onun əməlində xüsusi amansızlıq yoxdur. Çünki çoxsaylı xəsarətlər yoxdur və Rəhim Bağırov xüsusi amansızlığı törətməyi dərk edəcək psixi durumda olmayıb".

Məhkəmə tərəfləri dinlədikdən sonra qərar qəbul edib ki, R.Bağırov barəsində ekspertiza təyin edilsin.

 



Xəbərin oxunma sayı : 481




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap