Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ödənişli ixtisaslara qəbul olunmuş abituriyentlər ilk ilin pulunu tam ödəməlidir

Tarix 13.08.17, 16:59

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət İmtahan Mərkəzi (DİM) yenicə başa çatmış qəbul imtahanları nəticəsində ali məktəb tələbəsi adı qazanmış abituriyentlərə müraciət edərək, onları daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməyə çağırıb

DİM-in saytında yerləşdirilmiş məlumata əsasən, tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

“Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək”, - deyə DİM bəyan edib.

Ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Bəs ali məktəblərə qəbul olunan abituriyentlər universitetlərdə qeydiyyatdan keçmək üçün hansı sənədləri təqdim etməlidirlər?

Həmin sənədlərin siyahısı:

- Attestatın əsli;

- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

- Hərbi bilet vəya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (oğlanlar üçün);

- Yaşayış yerindən arayış;

- Sağlamlıq haqqında arayış;

- 6 ədəd 3x4 ölçüdə fotoşəkil;

- Abituriyentin DİM-in bazasındakı şəxsi kabinetinin itifadəçi adı və şifrəsi;

- Ödənişli ixtisaslar üçün 1-ci ilin tam ödənişi.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap