Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Deyəcəklər, Səmra soyunur, ailə məclisimizə gəlməsin“ - Təranə

Tarix 16.08.17, 5:00

Font ölçüsü : - / +
bitmap-img6


"İlhamə Quliyevanın yeri görünür. Kimsə yanlış hərəkət edəndə, İlhamə Quliyeva ona yerini göstərirdi. Ondan sonra şou-biznesdə yekəxanalıq başlayıb. Ondan qorxanlar özlərini açıb buraxıblar".

Axşam.az-ın məlumatına görə, bu sözləri prodüser Təranə Səmədova "ATV maqazin onlarla" verilişində deyib.

Prodüser şou-biznesdə mərhum xalq artisti İlhamə Quliyevanın kürsüsünə layiq gördüyü ifaçının adını açıqlayıb:

"Hegemon kürsüsünü kimsə tutmalıdır. Bir insanın adı ağlımda var... Bəziləri düşünür ki, ora Faiq Ağayev, Aygün Kazımova layiqdir. Məncə bu kürsüyə Röya Ayxan otura bilər. O xanımda həmin özgüvən, barmaq yelləmək qabiliyyəti var. Düzdür Röya da çox səhvlər edib, indi də edir. Keçmiş süjetləri var ki, yadıma salanda təəccüblənirəm. Röya gündəmə gəlmək üçün Nadir Qafarzadənin klipinə çəkildi, kürəyini açdı".
 
Təranə xalq artistlərini işləməmkdə günahlandırıb:

"Bu gün Aygün Kazımova çalışır. Onun solo konsertini səbirsizliklə gözləyirəm. "Krystal hall"da konsert verəcək ilk azərbaycanlı müğənni olacaq. Respublikada pik nöqtə "xalq artisti" adını qazanmaqdır. Bəziləri bu addan sonra kənara çəkilirlər. Tamaşaçı görməyəndə unudur. Zülfiyyə Xanbabayevadan illərdir xəbər yoxdur. Brilliant Dadaşova da eynən... Amma ortada güclülər qalacaq. Güclü Aygün Kazımova və Röya Ayxandır. Çünki çalışırlar".

Prodüser Səmra Rəhimli ilə bağlı etiraf edib. o deyib ki, Səmra illər əvvəl ona birlikdə çalışmaq təklifi edib:

" İnqilab edirsə, xaricdə etsin. Azərbaycanda toy bazarı önəmlidir. Səmra işləyir, amma o toya dəvət olunmayacaq. Deyəcəklər, o, soyunur, ailə məclisimə lazım deyil. Səmranın ilk dəfə müraciət etdiyi prodüser mən olmuşam. Həmin ərəfədə "O sevir nəyimi, sevir bədənimi" kimi sözləri olan mahnı oxumuşdu. Düşündüm ki, 18 yaşındakı qız, Azərbaycanda bunu yeyəcəklər. Həmin mahnını eşitsələr, onu Azərbaycandan sürgün edəcəklər".



Xəbərin oxunma sayı : 403




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap